Qoy yollarımıza diqqətlə baxaq, Rəbbə yenidən üz tutaq.
Mərsi̇yələr 3:40
Gündəlik İşıq
Qoy yollarımıza diqqətlə baxaq, Rəbbə yenidən üz tutaq.
Mərsi̇yələr 3:40
Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, Qəlbimi, fikirlərimi saf et.
Zəbur 26:2
Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
Zəbur 51:6
Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm. Əmrlərinə bağlanmaq üçün tələsirəm, Bunun üçün ləngimirəm.
Zəbur 119:59–60
Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin.
1 Kori̇nfli̇lərə 11:28
Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 Yəhya 1:9
Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.
1 Yəhya 2:1
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:19–22
Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi.
Vəhy 4:3
Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur: buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun.
Yaradiliş 9:12–13
Buludda göy qurşağı olacaq. Mən Allah onu görüb yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam».
Yaradiliş 9:16
Həqiqətən, mənim evim Allahla belə deyilmi? Çünki O mənimlə əbədi əhd bağladı, Kamil və tam təminatlı əhd bağladı, Qurtuluşumu və arzumu tam həyata keçirməzmi?
İki̇nci̇ Şamuel 23:5
Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
İbrani̇lərə 6:18
Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib, Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb: “Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum”.
Həvari̇ləri̇n İşləri̇ 13:32–33
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax25 fev 2026
24 fev 2026
23 fev 2026
22 fev 2026
21 fev 2026
20 fev 2026
19 fev 2026

Nuh
Nuhun imanı, salehliyi və itaətkarlığının bu gün oxşar pislik və mənəvi çətinliklərlə üzləşən möminlər üçün…

İntihar
İntihar, əbədi təhlükəsizlik və imanlının Məsihdəki taleyi haqqında Müqəddəs Kitab perspektivini araşdırın…

Bağışlanma
1 Yəhya 1:9-da etiraf və bağışlanma haqqında, həmçinin Allahı ruhda və həqiqətdə sadəcə dindən kənarda ibadət…

Məsihçi həyatı
Miladın əsl mənasını nəğmələr vasitəsilə kəşf edin, İsa Məsih vasitəsilə Allahla barışıqdan gələn sülhə və…
Əminlik
Dəyişən emosiyalarınıza güvənmədən, iman vasitəsilə Məsihdə həqiqi sülhü necə tapacağınızı kəşf edin. Allahın…
Yeni təbiət
Xilas haqqında dörd əsas həqiqəti araşdırın: bağışlanma, yeni təbiət, Müqəddəs Ruh və Allahla ünsiyyət.