O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir.
Süleymanin Məsəlləri̇ 2:8
Gündəlik İşıq
O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir.
Süleymanin Məsəlləri̇ 2:8
Buna baxmayaraq, sizə düşərgə salmağa yer axtarmaq və gedəcəyiniz yolu göstərmək üçün gecə alovla, gündüz buludla qarşınızca yol gedən Rəbbə etibar etmədiniz.
Qanunun Təkrari 1:32–33
Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.
Qanunun Təkrari 32:11–12
Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir. Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
Zəbur 37:23–24
Salehlər çox bəlaya düçar olar, Lakin Rəbb onları hər birindən qurtarır.
Zəbur 34:19
Çünki Rəbb salehlərin yolunu qoruyur, Pislərinsə yolu onları ölümə aparır.
Zəbur 1:6
Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir.
Romalilara 8:28
Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi.
İki̇nci̇ Salnamələr 32:8
Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq!
Sefanya 3:17
Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şavaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.
Matta 27:46
Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.
Yeşaya 53:5–6
Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı. Onun nəsli haqqında kim düşünə bilərdi? Axı xalqımın üsyankarlığına görə O edam olundu, dirilər arasından atıldı.
Yeşaya 53:8
Amma Rəbb Özü onun bu iztirablarını istədi, Çəkdiyi əziyyətlər Onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim edərsə, Nəsil görəcək, ömür uzadacaq. Rəbbin istəyi onun əli ilə uğur qazanacaq.
Yeşaya 53:10
Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır. İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi.
Romalilara 4:24–25
Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi ki, sizi Allahın hüzuruna gətirsin. O cismən edam edilmiş, amma ruhən həyata qovuşmuşdur.
1 Peter 3:18
O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız.
1 Peter 2:24
Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
2 Kori̇nfli̇lərə 5:21
Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!»
Qalati̇yalilara 3:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax5 mar 2026
4 mar 2026
3 mar 2026
2 mar 2026
1 mar 2026
28 fev 2026
27 fev 2026

Məsih
İsa Məsihin doğulması, ölümü, dirilməsi və Rəbbin Məsihisi kimi əbədi hökmranlığını peyğəmbərlik edən 15…
Günah
Barabbanın hekayəsini araşdırın və onun soyğunçuluğunun, üsyanının və qətlinin bütün bəşəriyyətin günahkar…
Sevgi
Bir-birinin yüklərini daşımaq, sevgi və şəfqətli hərəkətlər vasitəsilə Məsihin qanununu yerinə yetirmək…

Məsihçi həyatı
Miladın əsl mənasını nəğmələr vasitəsilə kəşf edin, İsa Məsih vasitəsilə Allahla barışıqdan gələn sülhə və…

Allahın Krallığı
Allahın Padşahlığının indiki və gələcək vəziyyətini anlayın. Xristianların zəvvar kimi yaşamağa, gündəlik…

Kəffarə
Bu himn Allahın Quzusu İsa Məsih haqqındadır, O, bizim günahlarımız üçün çarmıxda qiymətli qanını tökdü.