Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.
1 Ti̇moteyə 6:17
Gündəlik İşıq
Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.
1 Ti̇moteyə 6:17
Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin. Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda,
Qanunun Təkrari 8:11–12
Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin.
Qanunun Təkrari 8:18
Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər. Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
Zəbur 127:1–2
Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin.
Zəbur 44:3
Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
Zəbur 4:6
Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış bu 144 000 nəfərdən başqa heç kəs bu nəğməni öyrənə bilmədi.
Vəhy 14:3
O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.
İbrani̇lərə 10:20
bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki,
Ti̇tə 3:5–6
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
Efesli̇lərə 2:8–9
Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir.
Zəbur 115:1
4-Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin.
Vəhy 1:5–6
Onlar yeni bir nəğmə oxuyaraq deyirdi: «Sən tumarı götürüb Onun möhürlərini qırmağa layiqsən. Çünki Sən kəsildin Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün Öz qanın bahasına satın aldın.
Vəhy 5:9
Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!»
Vəhy 7:9–10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax8 mar 2026
7 mar 2026
6 mar 2026
5 mar 2026
4 mar 2026
3 mar 2026
2 mar 2026

İman
İman, qan və vədlərdə “qiymətli” sözünün Müqəddəs Kitabda nə anlama gəldiyini araşdırın. Sınaqlar və Allahın…

İbadət
Rəbb yer üzünü salehliklə mühakimə etməyə və Öz həqiqətini və ədalətini qurmağa gəldikdə, Rəbbə yeni bir…
Ümid
Xristian ümidinin ölümcül xəstəliklə üzləşərkən belə təhlükəsizlik, güc və sevinc təmin etdiyini araşdırın.

Allahın Krallığı
Allahın Krallığının yer üzü səltənətlərindən fərqli təbiətini, onun ruhani reallığını və möminlərin indi onun…

Məsihçi həyatı
Miladın əsl mənasını nəğmələr vasitəsilə kəşf edin, İsa Məsih vasitəsilə Allahla barışıqdan gələn sülhə və…
Allah sevgisi
Pavel bizi Məsihə olan sevgimizi dərinləşdirmək üçün Onun qarşısındakı vəziyyətimizi xatırladır. Keçmiş…