İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq».
Yaradiliş 22:14
Gündəlik İşıq
İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq».
Yaradiliş 22:14
İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». Onlar birlikdə getdilər.
Yaradiliş 22:8
Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin.
Yeşaya 59:1
Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb: «Qurtarıcı Siondan gələcək, Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq».
Romalilara 11:26
Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan!
Zəbur 146:5
Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar. İstəyir ki, onları ölümdən qurtarsın, Qıtlıqda belə, onlar sağ qalsın.
Zəbur 33:18–19
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm». Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
İbrani̇lərə 13:5–6
Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
Zəbur 28:7
Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
Nəğmələr Nəğməsi̇ 2:16
Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».
Matta 18:20
İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq.
Yəhya 14:23
Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.
Yəhya 15:10
Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin.
Nəğmələr Nəğməsi̇ 4:16–5:1
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.
Qalati̇yalilara 5:22–23
Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.
Yəhya 15:8
Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin.
Yəhya 15:2
10-siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
Fi̇li̇pi̇li̇lərə 1:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax9 mar 2026
8 mar 2026
7 mar 2026
6 mar 2026
5 mar 2026
4 mar 2026
3 mar 2026

Allahın sifətləri
Müqəddəs Ruhun imanlıları ilahi təbiətlərini yaşamağa, günaha qarşı çıxmağa və Məsihə bənzər fəzilətləri…
Yaxşılıq
Məsihin lütfünün araşdırıla bilməyən zənginliklərini, Allahın irsinin izzətini və tövbəyə və qurtuluşa aparan…

Xristologiya
Məsihin Əhdi-Ətiqdə tiplər, peyğəmbərliklər və simvollar vasitəsilə necə aşkar edildiyini araşdırın. Tanış…

Kahinlər
Bütün xristianlar həm müqəddəs, həm də kral kahin kimi xidmət edirlər. Allah'a ruhani qurbanlar təqdim etməyi…

Etibar
Bir pastor şəxsi sağlamlıq böhranını idarə etmək və Allaha daha dərin güvən tapmaq təcrübəsini bölüşür.

Məsihçi həyatı
Miladın əsl mənasını nəğmələr vasitəsilə kəşf edin, İsa Məsih vasitəsilə Allahla barışıqdan gələn sülhə və…