Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
Yeşaya 38:14
Gündəlik İşıq
Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
Yeşaya 38:14
Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə. Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır. Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq? Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et! Səni ölüb-gedən insan xatırlamaz. O necə ölülər diyarından Sənə şükür etsin? Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur. Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib. Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi, O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi! Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq.
Zəbur 6:1–10
Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır. Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq? Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et!
Zəbur 6:2–4
Köksümdəki ürəyim sancır, Düşdüyüm dəhşət ölümdən betərdir. Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb. Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.
Zəbur 55:4–6
Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var.
İbrani̇lərə 10:36
İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».
Həvari̇ləri̇n İşləri̇ 1:10–11
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik.
Fi̇li̇pi̇li̇lərə 3:20
Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.
Ti̇tə 2:13
Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar.
Vəhy 22:4
14-Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm.
Yəhya 10:14
Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
2 Ti̇moteyə 2:19
Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
Nahum 1:7
«Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın».
Vəhy 7:3
Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz. Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək.
Efesli̇lərə 1:13–14
Bizi sizlərlə birlikdə Məsihə möhkəm bağlayan və bizi məsh edən Allahdır. O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu.
2 Kori̇nfli̇lərə 1:21–22
Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Öz yeni adımı yazacağam.
Vəhy 3:12
O günlər Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”.
Yeremya 33:16
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax17 mar 2026
16 mar 2026
15 mar 2026
14 mar 2026
13 mar 2026
12 mar 2026
11 mar 2026

İbrahim Əhdi
Allahın Abramdan Davuda qədər bəşəriyyətlə bağladığı qeyri-şərti əhdləri və onların Məsihdə yerinə…

İbadət
Rəbb yer üzünü salehliklə mühakimə etməyə və Öz həqiqətini və ədalətini qurmağa gəldikdə, Rəbbə yeni bir…

Ruhani Müharibə
Qarğa zəifləri hücum edən Şeytanı simvollaşdırır, kookaburra isə Məsihin Şeytan üzərindəki qələbəsini…
Əbədilik
Əbədilik anlayışını Allahla, Məsihin təcəssümü ilə, itirilənlərin və xilas olanların əbədi taleləri ilə…
Əzab
Bu məqalə «Məsihin Ehtirası» filminin Bibliya dəqiqliyini qiymətləndirir, Məsihin əzablarının təsvirini…

Allahın sifətləri
Allahın müqəddəsliyinin mahiyyətini, iman edənin Məsihdəki mövqeyi müqəddəsliyini və müqəddəsləşmə yolu ilə…