Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir:
«Var Olmuş, Var Olan və Gəlməli Olan
Külli-İxtiyar Rəbb Allah
Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
Vəhy 4:8
Nə qədər müqəddəssən!
İsrailin həmdləri üzərində taxt quran Sənsən!
Zəbur 22:3
Allah dedi: «Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır». Sonra dedi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam». Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu.
Çixiş 3:5–6
«Bəs Məni onda kimə bənzədərsiniz ki,
Mən ona oxşayım?»
Deyir Müqəddəs Olan.
Yeşaya 40:25
Çünki Mən sənin Allahın Rəbbəm,
İsrailin Müqəddəsiyəm,
Sənin Xilaskarınam.
Misiri sənin üçün fidyə,
Kuş və Seva ölkələrini
Sənin azadlığının əvəzinə verdim.
Yeşaya 43:3
Mənəm Rəbb, yalnız Mənəm,
Məndən başqa qurtarıcı yoxdur.
Yeşaya 43:11
Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun, necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm».
1 Peter 1:15–16
Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz,
1 Kori̇nfli̇lərə 6:19
Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi:
«Mən aralarında yaşayıb-dolanacağam,
Onların Allahı olacağam,
Onlar da Mənim xalqım olacaq».
2 Kori̇nfli̇lərə 6:16
İki nəfər razılaşıb görüşməsə,
Birgə yol gedərmi?
Amos 3:3
Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.
Luka 24:29
Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.
Vəhy 3:20
Ey könlümün sevgilisi, söylə mənə:
Sürünü harada otarırsan?
Günorta sürünü harada yatırırsan?
Niyə sənin dostlarının sürülərinin yanında gedən,
Üz-gözünü bürüyən bir qadına bənzəyim?
Nəğmələr Nəğməsi̇ 1:7
Onlardan ayrılanda könlümün sevgilisini tapdım,
Tutub onu buraxmadım.
Onu anamın evinə –
Məni doğan qadının otağına apardım.
Nəğmələr Nəğməsi̇ 3:4
Oyan, ey şimal küləyi,
Dur gəl, ey cənub küləyi,
Gəlin mənim bağçamda əsin,
Qoy o, ətrini hər yana versin.
Sevgilim öz bağçasına gəlsin,
Seçmə meyvələrdən yesin.
Nəğmələr Nəğməsi̇ 4:16–5:1
Mən gizlində, qaranlıq dünyasında danışmadım,
Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim.
Doğrusunu söyləyən, ədaləti bəyan edən Rəbb Mənəm.
Yeşaya 45:19
sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».
Matta 28:20
Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».
İbrani̇lərə 13:5
Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».
Matta 18:20
Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız.
Yəhya 14:19