Sənin əmrlərinə qarşı çıxan, buyurduğun hər sözə qulaq asmayan hər kəs öldürüləcək. Yalnız sən möhkəm və cəsarətli ol».
Yeşua 1:18
Gündəlik İşıq
Sənin əmrlərinə qarşı çıxan, buyurduğun hər sözə qulaq asmayan hər kəs öldürüləcək. Yalnız sən möhkəm və cəsarətli ol».
Yeşua 1:18
Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
Zəbur 27:1
O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar. Hətta cavanlar yorular, taqətdən düşər, İgidlər əldən düşüb titrəyər. Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar, Qanad açıb qartal kimi yüksəklərə uçar, Qaçanda taqətdən düşməzlər, Yol gedib yorulmazlar.
Yeşaya 40:29–31
Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
Zəbur 73:26
Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
Romalilara 8:31
Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər?
Zəbur 118:6
Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.
Zəbur 44:5
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
Romalilara 8:37
hər cür qızıl, gümüş, tunc və dəmir işini bacaran ustalar var. Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun».
Bi̇ri̇nci̇ Salnamələr 22:16
İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm».
Yəhya 11:11
Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq.
1 Saloni̇kli̇lərə 4:13–14
Çünki əgər ölülər dirilməzsə, Məsih də dirilməyib. Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir, siz hələ günahlarınızın içindəsiniz. Onda Məsihdə vəfat edənlər əbədilik öldülər.
1 Kori̇nfli̇lərə 15:16–18
Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi.
1 Kori̇nfli̇lərə 15:20
Bütün millət tamamilə İordan çayını keçəndən sonra Rəbb Yeşuaya dedi:
Yeşua 4:1
Onlara əmr et ki, buradan, İordan çayının ortasından, kahinlərin ayaqlarının möhkəm durduğu yerdən on iki daş götürsünlər. Bu daşları aparıb bu gecə qaldığınız yerdə qoyun».
Yeşua 4:3
onlara belə deyərsiniz: “İordan çayının suları Rəbbin Əhd sandığının önündə kəsildi. Əhd sandığını İordan çayından keçirəndə İordan çayının suları kəsilmişdi”. Bu daşlar İsrail övladlarına əbədi bir xatirə olacaq».
Yeşua 4:7
Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq.
Həvari̇ləri̇n İşləri̇ 2:32
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax27 mar 2026
26 mar 2026
25 mar 2026
24 mar 2026
23 mar 2026
22 mar 2026
21 mar 2026

Gələcək
Həvari Pavelin 2 Korinflilərə 5-də ölüm, dirilmə və imanlının izzətdəki gələcəyi haqqında təlimlərini…

Ruhani İnkişaf
Allahın hüzurunda olmağın necə nur, rəhbərlik və sülh gətirdiyini kəşf edin. Həyatın çətinliklərinə…

Yeni Yaradılış
Allahın Müqəddəs Yazılarda, Nuhdan İsanın dəyişikliklərinə qədər necə yeni başlanğıclar təklif etdiyini kəşf…

Vəsvəsə
İsa Məsihin, «Sınaqdan Keçirilmiş Daşın» sınaqları vasitəsilə necə aşkar edildiyini kəşf edin. O, sınaqları…

Məsihçi həyatı
Məsihə xidmət etməyin əsl motivlərini, xidmət üçün effektiv metodları və sadiq xidmətin, xüsusilə uşaqlar…

İstirahət
Yaradılışdan Köhnə Əhdin Şənbəsinə qədər Allahın əbədi istirahətini və onun İsa Məsihdə yerinə yetirilməsini…