Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir.
Yaradiliş 24:63
Gündəlik İşıq
Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir.
Yaradiliş 24:63
Ağzımdan çıxan sözlər, Qəlbimdəki düşüncələr Hüzurunda qəbul olunsun. Ya Rəbb, ey Qayam və Satınalanım!
Zəbur 19:14
Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
Zəbur 8:3–4
Rəbbin işləri böyükdür, Bunlardan zövq alanlar ibrət götürür.
Zəbur 111:2
Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır! O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər.
Zəbur 1:1–2
Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan.
Yeşua 1:8
Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq. Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.
Zəbur 63:5–6
Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən?
Zəbur 13:1
hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.
Yaqub 1:17
Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu». Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram.
Yeşaya 49:14–15
«Ey Yaqub nəsli, Dediyim sözləri xatırla, Çünki sən qulumsan, ey İsrail, Mən səni yaratdım, sən Mənim qulumsan, Səni unutmaram, ey İsrail! Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım».
Yeşaya 44:21–22
İsa Martanı, onun bacısını və Lazarı sevirdi. Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı.
Yəhya 11:5–6
Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı. İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar.
Matta 15:22–23
belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir.
1 Peter 1:7
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax29 mar 2026
28 mar 2026
27 mar 2026
26 mar 2026
25 mar 2026
24 mar 2026
23 mar 2026

Təqdir
Esterin güclü hekayəsi və onun ilahi təyinatı vasitəsilə Allahın təqdirinin həyatımızı necə idarə etdiyini…

İbadət
Məzmur 19-da Allahdan iki güclü mesajı kəşf edin, yaradılış vasitəsilə Onun böyük qüdrətini və Kəlamı…

Ürək
Davudun ürəyinin onu Allahın ürəyinə uyğun bir adam edən keyfiyyətlərini araşdırın. Onun bütövlüyünü…

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitabın özünü ruhani qida, yol göstərən işıq və təmizləyici güzgü kimi metaforalarla necə təsvir…

Allahın sifətləri
Allahın müqəddəsliyinin mahiyyətini, iman edənin Məsihdəki mövqeyi müqəddəsliyini və müqəddəsləşmə yolu ilə…

İstirahət
Yaradılışdan Köhnə Əhdin Şənbəsinə qədər Allahın əbədi istirahətini və onun İsa Məsihdə yerinə yetirilməsini…