Yol var

Baxın

  • Kitablar
  • Məqalələr
  • Mütaliə planları
  • Lüğət

Əlaqə saxlayın

  • Haqqımızda
  • Əlaqə

Bir addım atın

  • Allahı tanı
  • İncili oxuyun

Bugünkü oxumanı e-poçtla alın

© 2026 Yol var. Pulsuz xristian kitabxanası. Bir çox məqalələr təkrar çap olunur; icazələr mənbəyə görə dəyişir.

Dəstək
Yol var
  • Məqalələr
  • Mütaliə planları
  • Lüğət
Allahı tanıyınDaxil ol
Yol var
Yol var
  • Gündəlik İşıq
  • Rəbb yaxındır

20 may 2026, çərşənbə

Gündəlik İşıq

Gündəlik İşıq
Bütün yazılar

Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.

1 Ti̇moteyə 4:16

Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq. Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım.

1 Kori̇nfli̇lərə 9:25–27

İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün. Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.

Efesli̇lərə 6:11–12

Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər. Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək.

Qalati̇yalilara 5:24–25

Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.

Romalilara 8:14

Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun.

1 Ti̇moteyə 4:15

İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir.

Yəhya 20:16

İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, Sənə həyat verən Rəbb belə deyir: «Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən.

Yeşaya 43:1

Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar.

Yəhya 10:3–4

Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion, divarların daima önümdədir.

Yeşaya 49:16

Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».

2 Ti̇moteyə 2:19

Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq.

İbrani̇lərə 4:14

İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını həkk et.

Çixiş 28:9

bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək.

Çixiş 28:12

Hökm döşlüyünü efod kimi naxışlı düzəlt. Onu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəlt.

Çixiş 28:15

Üstündəki bir çərçivəyə dörd sıra daş tax. Birinci sıra yaqut, topaz, zümrüd

Çixiş 28:17

Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə olsun; hər daş on iki qəbilədən birinin adının oyma möhürü olsun.

Çixiş 28:21

Urim və Tummimi də hökm döşlüyünə qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq.

Çixiş 28:30

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

© United Bible Societies 2009 www.unitedbiblesocieties.org

Ahmet Yüksek ✪ tərəfindən Unsplash-də çəkilmiş foto (https://unsplash.com/photos/hazy-mountain-peaks-at-sunrise-or-sunset-jUZUTcnJoQw)

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

ƏvvəlkiNövbəti
Oxuma seçimləri

Məqalə şrift ölçüsü

Son günlər

Hamısına bax→
  • 19 may 2026

    Zəbur 51:2 · Yeremya 33:8

  • 18 may 2026

    Yəhya 5:26 · 2 Ti̇moteyə 1:10

  • 17 may 2026

    Yezekel 20:19 · 1 Yəhya 2:6

  • 16 may 2026

    Romalilara 1:1 · Yəhya 13:13

  • 15 may 2026

    Vəhy 21:4 · Yeşaya 25:8

  • 14 may 2026

    Fi̇li̇pi̇li̇lərə 3:10 · Matta 10:25

  • 13 may 2026

    1 Ti̇moteyə 2:8 · Yəhya 4:23–24

Əlaqəli məqalələr

  • Baş Kahinin Sinəlik Daşlarında Məsihin Şöhrətləri

    Xristologiya

    İsa Məsihin Baş Kahinin Sinəliyindəki Daşlardakı Şöhrətləri

    Müqəddəs Yazılardakı qiymətli daşların simvolik mənasını araşdırın, Şeytanın örtüyündən Baş Kahinin…

    11 okt 2025·Naməlum
  • Ruhani İnkişaf

    Tədris vasitəsilə Ruhani İnkişaf: Cerri əminin hekayəsi

    Cerri adlı yaşlı bir adam öz həyat hekayəsini bölüşür, həyatın hər mərhələsində başqalarına Müqəddəs Kitab…

    10 okt 2022·G. H. B.
  • Dirilmiş Məsih: Bizim Canlı, Qüdrətli, Sevən Xilaskarımız

    Dirilmə

    Dirilmiş Məsih: Bizim Yaşayan, Qüdrətli, Sevən Xilaskarımız

    Yalnız Xristianlıq dirilmiş Xilaskar ilə münasibətə əsaslanır. Luka Həvarilərin İşləri 1:1-3-də qeyd…

    17 iyn 2026·Tim Hedli
  • Dirilmə

    İsanın Dirilməsinin Mütləq Faktı və Mənası

    Məsihin imanı Rəbb İsanın ölümü, dəfni və cismani dirilməsi təməli üzərində qurulmuşdur. Onun dirilməsi…

    21 dek 2022·Pol Palmer
  • Ruhani İnkişaf

    İsa Məsihin lütfündə və biliyində gündəlik böyümək

    Rəbb İsanı Xilaskarımız kimi tanıyan bizlərin həyatı var; əbədi həyatımız var. Rəbb İsa dedi ki, O, “Oğul…

    12 okt 2022·Con Darbi
  • Namaz

    Duada Allahın Möcüzəvi Məhəbbətini Kəşf Etmək

    Davudun duasının dərin ayəsi olan Zəbur 17:7-ni araşdırın və Allahın xarakteri və qurtuluşu ilə bağlı dərin…

    17 fev 2023·Alfred Bouter
  • Baş Kahinin Sinəlik Daşlarında Məsihin Şöhrətləri

    Xristologiya

    İsa Məsihin Baş Kahinin Sinəliyindəki Daşlardakı Şöhrətləri

    Müqəddəs Yazılardakı qiymətli daşların simvolik mənasını araşdırın, Şeytanın örtüyündən Baş Kahinin…

    11 okt 2025·Naməlum
  • Ruhani İnkişaf

    Tədris vasitəsilə Ruhani İnkişaf: Cerri əminin hekayəsi

    Cerri adlı yaşlı bir adam öz həyat hekayəsini bölüşür, həyatın hər mərhələsində başqalarına Müqəddəs Kitab…

    10 okt 2022·G. H. B.
  • Dirilmiş Məsih: Bizim Canlı, Qüdrətli, Sevən Xilaskarımız

    Dirilmə

    Dirilmiş Məsih: Bizim Yaşayan, Qüdrətli, Sevən Xilaskarımız

    Yalnız Xristianlıq dirilmiş Xilaskar ilə münasibətə əsaslanır. Luka Həvarilərin İşləri 1:1-3-də qeyd…

    17 iyn 2026·Tim Hedli
  • Dirilmə

    İsanın Dirilməsinin Mütləq Faktı və Mənası

    Məsihin imanı Rəbb İsanın ölümü, dəfni və cismani dirilməsi təməli üzərində qurulmuşdur. Onun dirilməsi…

    21 dek 2022·Pol Palmer
  • Ruhani İnkişaf

    İsa Məsihin lütfündə və biliyində gündəlik böyümək

    Rəbb İsanı Xilaskarımız kimi tanıyan bizlərin həyatı var; əbədi həyatımız var. Rəbb İsa dedi ki, O, “Oğul…

    12 okt 2022·Con Darbi
  • Namaz

    Duada Allahın Möcüzəvi Məhəbbətini Kəşf Etmək

    Davudun duasının dərin ayəsi olan Zəbur 17:7-ni araşdırın və Allahın xarakteri və qurtuluşu ilə bağlı dərin…

    17 fev 2023·Alfred Bouter