Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».
Vəhy 21:4
Gündəlik İşıq
Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».
Vəhy 21:4
Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi.
Yeşaya 25:8
Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq.
Yeşaya 60:20
Heç bir Sion sakini «Xəstəyəm» deməyəcək, Orada yaşayan xalqın günahları bağışlanacaq.
Yeşaya 33:24
Mən Yerusəlim üçün sevinəcəyəm, Xalqım üçün şadlanacağam. Orada nə ağlaşma, nə fəryad səsi Bir daha eşidilməyəcək.
Yeşaya 65:19
Rəbbin satın alınmış adamları qayıdacaq, Sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, Onlar fərəh və şadlıq tapacaq, Kədər və qəm-qüssə yox olacaq!
Yeşaya 35:10
Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı? Gözümdə mərhəmət görünməyəcək.
Huşə 13:14
Aradan götürüləcək son düşmən isə ölümdür.
1 Kori̇nfli̇lərə 15:26
İndi, qardaşlar, sizə bəyan etdiyim və qəbul edib əsaslandığınız Müjdəni yadınıza salmaq istəyirəm.
1 Kori̇nfli̇lərə 15:1
Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir.
2 Kori̇nfli̇lərə 4:18
Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.
Efesli̇lərə 2:6
Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir.
Vəhy 1:17–18
Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin.
Yəhya 17:24
Axı biz Onun bədən üzvləriyik.
Efesli̇lərə 5:30
Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur.
Kolosseli̇lərə 1:18
Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
Kolosseli̇lərə 2:10
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
İbrani̇lərə 2:14–15
Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir. Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə «Ölüm yox edildi, Onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək.
1 Kori̇nfli̇lərə 15:53–54
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax14 may 2026
13 may 2026
12 may 2026
11 may 2026
10 may 2026
9 may 2026
8 may 2026

Xristologiya
Məsihin möminlər üçün bərəkətləri təmin edən başçılığını və itaətimizi tələb edən rəbbliyini, Yusifin Misirdə…

Gələcək
Həvari Pavelin 2 Korinflilərə 5-də ölüm, dirilmə və imanlının izzətdəki gələcəyi haqqında təlimlərini…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…
Günah
Grace & Truth Jurnalı soruşur: Nə üçün Müqəddəs Kitab 1 Krallar 15:5-də Davudun Rəbbin gözündə doğru olanı…

İsa Məsih
Allahın Oğlu Bəşəriyyətə gəlib, lakin Oğul olaraq, doğuş heç cür daxil deyil. Müəllif deyir ki, Məsih…

Yaradılış
Allah göyləri və yeri yaratdı, və Allah dedi: ‘Suların ortasında bir fəza olsun’ (v. 1:20) Allah dedi…