Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır.
1 Yəhya 4:7
Gündəlik İşıq
Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır.
1 Yəhya 4:7
Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
Romalilara 5:5
Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.
Romalilara 8:15–16
Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb.
1 Yəhya 5:10
Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq.
1 Yəhya 4:9
7-Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.
Efesli̇lərə 1:7
Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.
Efesli̇lərə 2:7
Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək.
1 Yəhya 4:11
Rüsvayçılıq qəlbimi qırdı, Gör necə biçarəyəm. Çox axtardım, halıma yanan tapılmadı, Hey axtardım, təsəlli verən olmadı.
Zəbur 69:20
Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi?
Matta 13:55
Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi.
Yəhya 1:46
Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?»
Yəhya 8:48
Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur».
Matta 9:34
Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik».
Yəhya 9:24
Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi.
Yəhya 7:12
Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır».
Matta 9:3
Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur».
Matta 11:19
Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər!
Matta 10:25
Əgər biri Allah qarşısındakı vicdan naminə, haqsız yerə əzab çəkib kədərə tab gətirirsə, bu, tərifə layiqdir. Axı etdiyiniz günahlara görə döyülsəniz və buna dözsəniz, bu sizə nə şərəf gətirər? Amma siz yaxşılıq etdiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir. Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı. Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.
1 Peter 2:19–23
Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır.
1 Peter 4:14
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax11 may 2026
10 may 2026
9 may 2026
8 may 2026
7 may 2026
6 may 2026
5 may 2026

Əbədi Həyat
Rəbb İsa Məsihə iman edənlər üçün müjdə ən dolğun bərəkətləri, əbədi həyatı təmin edir. “Məhv olmaq” yox…

Möcüzələr
Yəhya 5-ci fəsildəki hekayə “çoxlu xəstə, kor, şikəst, iflic olmuş, suyun hərəkətini gözləyən” (v.3 NKJV)…

Allahın Krallığı
Müqəddəs Kitabda “Allahın Padşahlığı” ifadəsi səlahiyyət və hökmranlıqla əlaqələndirilir. Birincisi, Allahın…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

Müqəddəslik
Allahın Qəzəbi Müqəddəs Bir Fəaliyyət Budur Lütf və Həqiqət Jurnalı Allahın Qəzəbi Müqəddəs Bir Fəaliyyət…

Yaradılış
Allah göyləri və yeri yaratdı, və Allah dedi: ‘Suların ortasında bir fəza olsun’ (v. 1:20) Allah dedi…