Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.
Matta 24:6
Gündəlik İşıq
Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.
Matta 24:6
Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir. Buna görə biz qorxmuruq: Yer üzü alt-üst olsa belə, Dağlar uçub dənizin köksünə aşsa belə, Dalğalar kükrəyib qalxsa belə, Vurub dağları yırğalasa belə, Biz qorxmuruq. Sela
Zəbur 46:1–3
Ey xalqım, keç içəri otaqlara, Qapıları ört, Rəbbin qeyzi keçənəcən Qısa bir müddətə gizlən! Çünki budur, Rəbb yer üzünün sakinlərini Qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir. Torpaq udduğu qanı üzə çıxaracaq, Öldürülənləri artıq gizlətməyəcək.
Yeşaya 26:20–21
Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam.
Zəbur 57:1
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
Kolosseli̇lərə 3:3
Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir,
Zəbur 112:7
Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim».
Yəhya 16:33
Çünki Sənin vurduğun insanı təqib edirlər, Yaraladıqlarının dərdini ona qaxınc edirlər.
Zəbur 69:26
İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir!
Luka 17:1
Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz.
Həvari̇ləri̇n İşləri̇ 2:23
Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?»
Matta 26:67–68
Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək.
Matta 27:41–42
Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə toplaşdı ki, Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin.
Həvari̇ləri̇n İşləri̇ 4:27–28
Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik.
Yeşaya 53:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax6 may 2026
5 may 2026
4 may 2026
3 may 2026
2 may 2026
1 may 2026
30 apr 2026

Sülh
Həyatın ən böyük təzyiqləri və əzabları arasında belə Allahda mükəmməl sülh və sarsılmaz etibar tapmağı kəşf…

Sülh
Həqiqi sülhün yalnız İsa Məsihdə necə tapıldığını kəşf edin. Xilas vasitəsilə Allahla sülh və Onun Kəlamında…

Vəsvəsə
İsa Məsihin, «Sınaqdan Keçirilmiş Daşın» sınaqları vasitəsilə necə aşkar edildiyini kəşf edin. O, sınaqları…

Kəffarə
Lütf və Həqiqət Jurnalı Ey Məsih, Sənin başını hansı yüklər əydi? Ey Məsih, Sənin başını hansı yüklər əydi…

Əzab
‘Qadir’ adının istifadəsi kitabda 31 dəfə rast gəlinir ki, bu da Müqəddəs Kitabın qalan hissəsində birlikdə…

Yevangelizm
Müqəddəs Ruhun yer üzündəki vəzifəsi Məsihə izzət vermək və Məsihin şeylərini bizə və Onu rədd etmiş bu…