Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
Matta 5:48
Gündəlik İşıq
Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
Matta 5:48
İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol.
Yaradiliş 17:1
Siz Mənim üçün müqəddəs olun, çünki Mən Rəbb müqəddəsəm. Mən sizi digər xalqlardan ayırdım ki, siz Mənim xalqım olasınız.
Levi̇li̇lər 20:26
çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.
1 Kori̇nfli̇lərə 6:20
Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
Kolosseli̇lərə 2:10
O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
Ti̇tə 2:14
Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.
2 Peter 3:14
Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar.
Zəbur 119:1
Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır!
Yaqub 1:25
Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil. Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!
Zəbur 139:23–24
Sevimlilər, bu vədlərə malik olduğumuza görə Allahdan qorxub kamil müqəddəsliyə çataraq bizi cisimdə və ruhda murdarlayan hər şeydən özümüzü təmizləyək.
2 Kori̇nfli̇lərə 7:1
Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
Zəbur 51:6
Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir.
Ti̇tə 2:12
Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
Matta 5:16
Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub.
Fi̇li̇pi̇li̇lərə 3:12
Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.
1 Yəhya 3:3
Bizi məhz bunun üçün hazırlaşdıran Allahdır. O, Ruhunu bizə girov verdi.
2 Kori̇nfli̇lərə 5:5
Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər. Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq.
Efesli̇lərə 4:12–13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax2 may 2026
1 may 2026
30 apr 2026
29 apr 2026
28 apr 2026
27 apr 2026
26 apr 2026

İtaət
Məsihin ölümə qədər mükəmməl itaəti bizi Onun nümunəsini izləməyə çağırır. Allaha olan həqiqi sevgi Onun…

Gələcək
Həvari Pavelin 2 Korinflilərə 5-də ölüm, dirilmə və imanlının izzətdəki gələcəyi haqqında təlimlərini…

Xristologiya
Bizim möhtəşəm Müqəddəs Kitabımızın sonuncu kitabı belə başlayır: “İsa Məsihin vəhyi, hansını ki, Allah Öz…

Ruhani İnkişaf
Türkiyədən olan Sultan Kösen 251 sm boyu ilə nəhəng idi və tullanmadan basketbol səbətinə çata bilirdi…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

İlahi Mühakimə
Yeremyanın həyatını araşdırın, böyük müxalifətə və əzablara baxmayaraq, Allahın Kəlamı ilə dəstəklənərək…