Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim».
Yaradiliş 28:16
Gündəlik İşıq
Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim».
Yaradiliş 28:16
Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».
Matta 18:20
sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».
Matta 28:20
O isə Musaya cavab verdi: «Mənim hüzurum səninlə gedəcək. Özüm sənə rahatlıq verəcəyəm».
Çixiş 33:14
Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüzurunda olmayım? Əgər göylərə çıxsam, Sən oradasan, Ölülər diyarında yatsam, Sən oradasan.
Zəbur 139:7–8
Rəbb bəyan edir: «Mən yalnız yaxında olan Allah deyiləm, Həm də uzaqda olan Allaham. Kimsə gizli yerlərdə saxlana bilər ki, Mən onu görə bilməyim?» Rəbb belə bəyan edir. «Yeri, göyü Mən doldurmamışammı?» Rəbb belə bəyan edir.
Yeremya 23:23–24
Lakin, doğrudan da, Allah yerdə yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!
Bi̇ri̇nci̇ Padşahlar 8:27
Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim.
Yeşaya 57:15
Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq».
2 Kori̇nfli̇lərə 6:16
Ey övladlar, özünüzü bütlərdən qoruyun!
1 Yəhya 5:21
Oğlum, mənə fikir ver, Gözlərin mənim yollarımı nəzərdən keçirsin.
Süleymanin Məsəlləri̇ 23:26
Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
Kolosseli̇lərə 3:2
«Ey bəşər oğlu, bu adamlar öz bütlərinə könül verdi və təqsir etmələrinə bais olan şeyləri üzləri önünə qoydu. Bundan sonra Mən onlara cavab verəcəyəmmi?
Yezekel 14:3
Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün.
Kolosseli̇lərə 3:5
Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər. Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get.
1 Ti̇moteyə 6:9–11
Heç zaman zorakılığınıza güvənməyin, Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın.
Zəbur 62:10
Barım qızıldan, saf qızıldan dəyərlidir, Bəhərim gümüşdən qiymətlidir.
Süleymanin Məsəlləri̇ 8:19
Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.
Matta 6:21
Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar».
Bi̇ri̇nci̇ Şamuel 16:7
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax1 may 2026
30 apr 2026
29 apr 2026
28 apr 2026
27 apr 2026
26 apr 2026
25 apr 2026

Yaqub
Yaradılışın yarısı, Müqəddəs Kitabın ilk kitabı, nədənsə Yaqubla bağlıdır. Nuh tufanından bir neçə əsr sonra…

İbadət
İsanın adına toplanmağın həqiqi mənasını kəşf edin, təvazökarlıq, özünü mühakimə etmə, başqalarına qayğı və…

Allahın Krallığı
Müqəddəs Kitabda “Allahın Padşahlığı” ifadəsi səlahiyyət və hökmranlıqla əlaqələndirilir. Birincisi, Allahın…

Dirilmə
Yalnız Xristianlıq dirilmiş Xilaskar ilə münasibətə əsaslanır. Luka Həvarilərin İşləri 1:1-3-də qeyd…

Təvazökarlıq
Xeyir-dua mömini Allahla Onun övladlarından biri kimi bağlayır. Bir mənada, Allah əsl Sülh Yaradanıdır və…

Yeni İmanlılar
Yeni iman edənlər, Xristian həyatınız üçün əsas bələdçilik tapın. Əbədi həyat, imanı bölüşmək, dua, Müqəddəs…