Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
Zəbur 85:10
Gündəlik İşıq
Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
Zəbur 85:10
Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur.
Yeşaya 45:21
Rəbb Öz salehliyi naminə Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı.
Yeşaya 42:21
Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 Kori̇nfli̇lərə 5:15
Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
Romalilara 3:25–26
Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq.
Yeşaya 53:5
Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır!
Romalilara 8:33
Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır.
Romalilara 4:5
Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?»
1 Kori̇nfli̇lərə 15:35
O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz».
Yəhya 3:2
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.
Fi̇li̇pi̇li̇lərə 3:20–21
Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi. Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər.
Luka 24:36–37
O əvvəl Kefaya, sonra On İki şagirdə göründü. Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü. Bu bacı-qardaşlardan çoxu indi də yaşayır, bəziləri isə vəfat etmişdir.
1 Kori̇nfli̇lərə 15:5–6
Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək.
Romalilara 8:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax5 may 2026
4 may 2026
3 may 2026
2 may 2026
1 may 2026
30 apr 2026
29 apr 2026

Peyğəmbərlik
Zəkəriyyə 12-14-ü araşdırırıq: İsrailin gələcək tövbəsi, dəlilən Məsihin tanınması və Onun minillik…

Allahın Krallığı
Müqəddəs Kitabda “Allahın Padşahlığı” ifadəsi səlahiyyət və hökmranlıqla əlaqələndirilir. Birincisi, Allahın…

Qurtuluş
Əgər siz Allahın lütfü ilə Rəbb İsa Məsihə iman vasitəsilə xilas olmusunuzsa, danışmaq üçün bir hekayəniz…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…

Allahın Krallığı
Allahın Krallığının yer üzü səltənətlərindən fərqli təbiətini, onun ruhani reallığını və möminlərin indi onun…

Nineva
Naxum Elkəşlinin görüntüsü kitabı, RƏBBİN Nineva ilə nə edəcəyinə dair bir görüntünün kitabıdır. RƏBB dedi…