bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək.
Çixiş 28:12
Gündəlik İşıq
bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək.
Çixiş 28:12
Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
İbrani̇lərə 7:24–25
Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq. Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
İbrani̇lərə 4:14–16
Binyamin üçün belə dedi: «Rəbbin sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın! Rəbb gün boyu onu qoruyur, O da Rəbbin qucağında qalır».
Qanunun Təkrari 33:12
Həmin gecə padşahın yuxusu qaçdı. O əmr etdi ki, hökmranlığının xatirə kitabı – salnamələr kitabı gətirilsin. Bunlar padşahın hüzurunda oxundu.
Ester 6:1
Qoymursan gözlərimi yumum, Üzgünlükdən danışa bilmirəm.
Zəbur 77:4
Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan, Göyə, yerə əyilərək baxan Odur.
Zəbur 113:5–6
Dünyada yaşayanların hamısı heç bir şey sayılır. O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında Öz hökmünü yeridir. Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur.
Dani̇el 4:35
Sən dənizdə, ümman sularda yol açdın, Amma ayaq izlərin məlum olmadı.
Zəbur 77:19
Qəzəbli insanlar belə, Sənə şükür edir, Qəzəbdən qurtulanları Özünə bağlayırsan.
Zəbur 76:10
Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq».
İki̇nci̇ Salnamələr 16:9
Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir.
Romalilara 8:28
İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. Sizin başınızdakı saçlar belə, sayılıb.
Matta 10:29–30
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax22 may 2026
21 may 2026
20 may 2026
19 may 2026
18 may 2026
17 may 2026
16 may 2026

Peyğəmbərlik
Zəkəriyyə 12-14-ü araşdırırıq: İsrailin gələcək tövbəsi, dəlilən Məsihin tanınması və Onun minillik…
Müqəddəs Ruh
Pavelin Müqəddəs Ruhdan gələn xəbərdarlıqlara baxmayaraq Qüdsə getməklə günah edib-etmədiyini müəyyən etmək…
Əzab
Allaha üz tutaraq, dəstək axtararaq və Onun planına güvənərək həyatın əziyyətləri ilə necə mübarizə…
Yaradılış
Ulduzların genişliyi və dəqiqliyinin Allahın sonsuz böyüklüyünü və mükəmməl nəzarətini necə ortaya qoyduğunu…
Paulus
Pavlusun Korinfdəki xidmətini araşdırın, Allahın lütfü ilə dəyişdirilmiş on növ günahkara diqqət yetirin.

İsa Məsih
Şeytan nə tövbə etmiş, nə də bu pis arzusundan əl çəkmişdir. O, Allahın onu devirməsinə (Yeşaya 14:12)…