Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
Qalati̇yalilara 5:22
Gündəlik İşıq
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
Qalati̇yalilara 5:22
Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm,
Çixiş 34:6
Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün.
Efesli̇lərə 4:1–2
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efesli̇lərə 4:32
Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır.
Yaqub 3:17
Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz,
1 Kori̇nfli̇lərə 13:4
Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
Qalati̇yalilara 6:9
Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir. Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır.
Yaqub 5:7–8
«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir.
Matta 1:23
Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!
İki̇nci̇ Salnamələr 6:18
Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
Yəhya 1:14
Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu, Mələklərə göründü, Millətlərə vəz olundu, Dünyada Ona iman edildi, İzzətlə göyə çəkildi.
1 Ti̇moteyə 3:16
Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı.
İbrani̇lərə 1:2
O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər.
Yəhya 20:19–20
Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi. Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi.
Yəhya 20:26–28
Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.
Yeşaya 9:6
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax31 may 2026
30 may 2026
29 may 2026
28 may 2026
27 may 2026
26 may 2026
25 may 2026

İsa Məsih
Şeytan nə tövbə etmiş, nə də bu pis arzusundan əl çəkmişdir. O, Allahın onu devirməsinə (Yeşaya 14:12)…

İsa Məsih
Həvarilərin İşləri kitabı əvvəlcə Peterin xidmətinə, sonra isə Pavelə və onun missioner səyahətlərinə diqqət…

Təcessüd
Yəhya 1:1-18-dəki dərin həqiqətləri araşdırın, burada əbədi Kəlam Allahı aşkar etmək üçün bədənə çevrildi…

Müqəddəslik
Allahın Qəzəbi Müqəddəs Bir Fəaliyyət Budur Lütf və Həqiqət Jurnalı Allahın Qəzəbi Müqəddəs Bir Fəaliyyət…

Sülh
Həqiqi sülhün yalnız İsa Məsihdə necə tapıldığını kəşf edin. Xilas vasitəsilə Allahla sülh və Onun Kəlamında…

Təvazökarlıq
Xeyir-dua mömini Allahla Onun övladlarından biri kimi bağlayır. Bir mənada, Allah əsl Sülh Yaradanıdır və…