Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin.
Zəbur 31:19
Gündəlik İşıq
Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin.
Zəbur 31:19
Ona etibar edənlər üçün belə işlər edən Allahı, Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
Yeşaya 64:4
Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib». Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır.
1 Kori̇nfli̇lərə 2:9–10
Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var».
Zəbur 16:11
Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır. Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən. Çünki həyat mənbəyi Səndədir, Biz Sənin nurunla görə bilirik.
Zəbur 36:7–9
Bədən məşqinin az faydası olur, möminlik isə hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat vədi var.
1 Ti̇moteyə 4:8
Tiatirada olan cəmiyyətin mələyinə yaz: Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir:
Vəhy 2:18
İnsan ürəyi hər şeydən hiyləgərdir, Çarəsi yoxdur. Onu kim başa düşə bilər? «Mən Rəbb ürəyi yoxlayıram, İnsanın fikrini sınayıram ki, Hər kəsə əməllərinə görə, İşlərinin bəhrəsinə görə əvəz verim».
Yeremya 17:9–10
Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan.
Zəbur 90:8
Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.
Luka 22:61–62
Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.
Yəhya 2:24–25
Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
Zəbur 103:14
Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq.
Yeşaya 42:3
Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
2 Ti̇moteyə 2:19
14-Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm.
Yəhya 10:14
Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq.
Yəhya 10:27–28
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax24 may 2026
23 may 2026
22 may 2026
21 may 2026
20 may 2026
19 may 2026
18 may 2026

Tiatira
Məsihin Tiatira kilsəsinə mesajını araşdırın, Onun səlahiyyətinə, fərqləndirici gözlərinə və İzabelin…

Yaradılış
Allah göyləri və yeri yaratdı, və Allah dedi: ‘Suların ortasında bir fəza olsun’ (v. 1:20) Allah dedi…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…

Əbədi Həyat
Rəbb İsa bizim ölü ruhlarımıza verəcəyi yeni bir həyat növündən danışdı. O, bunu bol həyat (Yəh. 10:10) və…

Nineva
Naxum Elkəşlinin görüntüsü kitabı, RƏBBİN Nineva ilə nə edəcəyinə dair bir görüntünün kitabıdır. RƏBB dedi…

İsa Məsih
Rəbb İsa Oğul Allahdır – Ata Allah və Müqəddəs Ruh Allah ilə bərabərdir. O, hər şeyin yaradıcısı və hər şeyin…