İsrail övladları Rəbbin dağından ayrılıb üç gün yol getdilər. Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin.
Saylar 10:33
Gündəlik İşıq
İsrail övladları Rəbbin dağından ayrılıb üç gün yol getdilər. Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin.
Saylar 10:33
Mənim hər anım Sənin əlindədir, Düşmənlərimin, təqibçilərimin əlindən Məni azad et.
Zəbur 31:15
Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. Sela
Zəbur 47:4
Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt.
Zəbur 5:8
Yolunu Rəbbə ver, Ona güvən, O edəcək.
Zəbur 37:5
Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.
Süleymanin Məsəlləri̇ 3:6
Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.
Yeşaya 30:21
Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir.
Zəbur 23:1–2
Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir. Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
Zəbur 103:13–14
Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir.
Matta 6:32
Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.
1 Peter 5:7
İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi.
Yəhya 1:38–39
Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
Yəhya 14:2–3
Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam.
Vəhy 3:21
Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim.
Yeşaya 57:15
Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.
Vəhy 3:20
sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».
Matta 28:20
Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.
Zəbur 36:7
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax23 iyn 2026
22 iyn 2026
21 iyn 2026
20 iyn 2026
19 iyn 2026
18 iyn 2026
17 iyn 2026

Ruhani vərdişlər
Müqəddəs Yazıları oxumaq, düşünmək və dua etmək vasitəsilə Allahla gündəlik sakit vaxtı necə qurmaq və…

Namaz
İki kişi başqalarından onlar üçün dua etmələrini xahiş etdi. Birincisi dostlarından xəstəliyindən sağalması…

Allahın Krallığı
Müqəddəs Kitabda “Allahın Padşahlığı” ifadəsi səlahiyyət və hökmranlıqla əlaqələndirilir. Birincisi, Allahın…

Təvazökarlıq
Xeyir-dua mömini Allahla Onun övladlarından biri kimi bağlayır. Bir mənada, Allah əsl Sülh Yaradanıdır və…

Dirilmə
Yalnız Xristianlıq dirilmiş Xilaskar ilə münasibətə əsaslanır. Luka Həvarilərin İşləri 1:1-3-də qeyd…

İsa Məsih
Allahın Oğlu Bəşəriyyətə gəlib, lakin Oğul olaraq, doğuş heç cür daxil deyil. Müəllif deyir ki, Məsih…