Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.
Fi̇li̇pi̇li̇lərə 4:6
Gündəlik İşıq
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.
Fi̇li̇pi̇li̇lərə 4:6
Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir. Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam.
Zəbur 116:1–2
Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər.
Matta 6:7
Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir.
Romalilara 8:26
Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər,
1 Ti̇moteyə 2:8
Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
Efesli̇lərə 6:18
Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək.
Matta 18:19
Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, Möminlərin Sənə alqış edəcək.
Zəbur 145:10
Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları:
Zəbur 103:1–2
Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.
Zəbur 34:1
Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin!
Zəbur 34:2
Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir. Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm. Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
Zəbur 63:3–5
Məryəm isə dedi: «Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır,
Luka 1:46–47
«Ey bizim Rəbbimiz və Allahımız! Sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın, Hər şey Sənin iradənlə var olub yarandı».
Vəhy 4:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax16 iyn 2026
15 iyn 2026
14 iyn 2026
13 iyn 2026
12 iyn 2026
11 iyn 2026
10 iyn 2026

Ruhani vərdişlər
Müqəddəs Yazıları oxumaq, düşünmək və dua etmək vasitəsilə Allahla gündəlik sakit vaxtı necə qurmaq və…
Şükranlıq
Həvari Pavel Kolossedəki imanlılar üçün şükür edərkən özünü Timoteylə əlaqələndirirdi. Gəlin bütün xalqı və…
Yevangelizm
Həvari Pavel, Allahın qanunu altında qalaraq, «hər şeydə hər kəsə» olmaqla xristianların necə canlar qazana…

Allahın Krallığı
Matta 13-dəki yeddi məsəl vasitəsilə səmavi səltənətin sirlərini araşdırın, Məsihin Pentikostdan qayıdışına…
Qurtuluş
Allahın Kəlamında qeyd olunan hər bir rəqəm ona məna verən bir mətndə yerləşdirilib. Bu, bu mübarək Kitabda…

Ailə
Allah sizi ailənizə xüsusi ehtiyacları qarşılamaq üçün unikal hədiyyələrlə strateji şəkildə yerləşdirdi…