oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın. Lakin paklama suyu ilə də paklansın. Oda davamsız şeyləri isə sudan keçirin.
Saylar 31:23
Gündəlik İşıq
oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın. Lakin paklama suyu ilə də paklansın. Oda davamsız şeyləri isə sudan keçirin.
Saylar 31:23
belə peyğəmbərin yaxud röya görənin sözlərinə qulaq asmayın. Bilin ki, Allahınız Rəbb sizi sınayır, görmək istəyir, siz Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevirsinizmi?
Qanunun Təkrari 13:3
O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər.
Malaki̇ 3:3
onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək.
1 Kori̇nfli̇lərə 3:13
Ey İsrail xalqı, sənə əlimi uzadacağam, Paxırını gilabı ilə təmizləyəcəyəm, Bütün çirkini yuyacağam.
Yeşaya 1:25
Buna görə də Ordular Rəbbi belə deyir: «Mən onları əridəcəyəm, Sınaqdan keçirəcəyəm. Axı Mən əziz xalqımla Başqa cür necə rəftar edə bilərəm?
Yeremya 9:7
Ey Allah, bizi sınaqdan keçirtdin, Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.
Zəbur 66:10
Sən insanları başımızın üstündən keçirtdin. Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın.
Zəbur 66:12
Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək.
Yeşaya 43:2
O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız.
1 Peter 2:24
Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, ruhən və əqlən yeniləşin, əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
Efesli̇lərə 4:22–24
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
Kolosseli̇lərə 3:3
Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək.
Romalilara 6:4
Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi. Çünki ölmüş adam günahdan azad olub.
Romalilara 6:6–7
Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın. Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz. Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin.
Romalilara 6:11–13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax11 iyn 2026
10 iyn 2026
9 iyn 2026
8 iyn 2026
7 iyn 2026
6 iyn 2026
5 iyn 2026

Kilsə
Müqəddəs Yazılarda əvvəlcədən xəbər verilən kilsənin gələcəyini, o cümlədən göyə qaldırılmağı, Məsihin hökm…

Esxatologiya
Rəbb İsa Məsihin qayıdışı ilə bağlı Müqəddəs Kitab peyğəmbərliklərini və vədlərini araşdırın, Onun ilk…

Qurtuluş
Boğulan bir adama dərslər deyil, xilaskar lazımdır. Ruhani cəhətdən hamı günah edib və onları hökmdən…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…

Şükranlıq
Zəbur 136 26 ayədən ibarətdir, hər biri “Onun mərhəməti əbədi davam edir” sözləri ilə bitir və bir neçə dəfə…

Müqəddəslik
Allahın Qəzəbi Müqəddəs Bir Fəaliyyət Budur Lütf və Həqiqət Jurnalı Allahın Qəzəbi Müqəddəs Bir Fəaliyyət…