Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir.
Yaradiliş 39:3
Gündəlik İşıq
Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir.
Yaradiliş 39:3
Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan! Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan.
Zəbur 128:1–2
Rəbbə güvən, yaxşılıq et, Bu diyarda arxayın ömür sür. Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq.
Zəbur 37:3–4
Sənə möhkəm və cəsarətli olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir».
Yeşua 1:9
Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.
Matta 6:33
Allahdan qorxmağı öyrədən Zəkəriyyənin ömrü boyu Uzziya Allahı axtarırdı və Rəbbi axtardığı dövrdə Allah onun işini avand etdi.
İki̇nci̇ Salnamələr 26:5
Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin.
Qanunun Təkrari 8:11
Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz.
Qanunun Təkrari 8:17
«Allahınız Rəbb sizinlə deyilmi? O, ölkədə yaşayanları mənim ixtiyarıma verməklə sizə hər tərəfdən dinclik vermədimi? Ölkə Rəbbə və Onun xalqına tabe edilib.
Bi̇ri̇nci̇ Salnamələr 22:18
İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz?
Mark 2:8
Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı. Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.
Romalilara 4:19–20
Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək?
Mark 2:9
İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!»
Mark 9:23
İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir.
Matta 28:18
Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi?
Matta 6:26
İsa bunu bilərək dedi: «Ey imanı az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı?
Matta 16:8–9
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax7 iyn 2026
6 iyn 2026
5 iyn 2026
4 iyn 2026
3 iyn 2026
2 iyn 2026
1 iyn 2026

Allahın Krallığı
Müqəddəs Kitabda “Allahın Padşahlığı” ifadəsi səlahiyyət və hökmranlıqla əlaqələndirilir. Birincisi, Allahın…

Yaqub
Yaradılışın yarısı, Müqəddəs Kitabın ilk kitabı, nədənsə Yaqubla bağlıdır. Nuh tufanından bir neçə əsr sonra…
Namaz
Aksa cəsarətlə atası Kalebdən su bulaqları istədi, bu da Allahın bizdə təşviq etdiyi imanı əks etdirir.

Namaz
İki kişi başqalarından onlar üçün dua etmələrini xahiş etdi. Birincisi dostlarından xəstəliyindən sağalması…

Dirilmə
İsanın boş qəbrinin xristian imanının mərkəzində niyə dayandığını, onu digər dinlərdən fərqləndirdiyini kəşf…

Dirilmə
Yalnız Xristianlıq dirilmiş Xilaskar ilə münasibətə əsaslanır. Luka Həvarilərin İşləri 1:1-3-də qeyd…