Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».
Luka 17:10
Gündəlik İşıq
Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».
Luka 17:10
Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına!
Romalilara 3:27
Axı səni kim başqalarından fərqləndirir? Nəyin var ki onu əldə etməmisən? Əgər əldə etmisənsə, nə üçün əldə etməmiş kimi öyünürsən?
1 Kori̇nfli̇lərə 4:7
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin. Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
Efesli̇lərə 2:8–10
Amma indi hər nəyəmsə, Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi.
1 Kori̇nfli̇lərə 15:10
Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin.
Romalilara 11:36
Ancaq mən kiməm və xalqım nədir ki, bu cür könüllü nəzirlər verə bilək? Çünki hər şey Səndəndir və əlindən aldığımızı Sənə verdik.
Bi̇ri̇nci̇ Salnamələr 29:14
Qulunu məhkəməyə çəkmə, Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz.
Zəbur 143:2
Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
Zəbur 103:14
Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.
Yaradiliş 2:7
Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, Ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm. Mən gizli bir yerdə yaranarkən, Dünyanın dərin yerində yaranarkən Bədənim Səndən gizli qalmadı. Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
Zəbur 139:14–16
Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı? Elə isə nə üçün biz atalarımızın bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik?
Malaki̇ 2:10
“Axı biz Onda yaşayırıq, hərəkət edirik, mövcuduq”. Bəzi şairlərinizin dediyi kimi: “Biz də Onun nəslindənik”.
Həvari̇ləri̇n İşləri̇ 17:28
Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.
Zəbur 103:13
Allah isə rəhmlidir, günahı bağışlayır, Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, Hiddətini tamamilə oyanmağa qoymayır. Yada saldı ki, onlar yalnız bəşərdir, Onlar əsən, geri dönməyən küləyə bənzəyir.
Zəbur 78:38–39
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax4 iyn 2026
3 iyn 2026
2 iyn 2026
1 iyn 2026
31 may 2026
30 may 2026
29 may 2026

Ailə
Allah sizi ailənizə xüsusi ehtiyacları qarşılamaq üçün unikal hədiyyələrlə strateji şəkildə yerləşdirdi…

Sülh
Həyatın ən böyük təzyiqləri və əzabları arasında belə Allahda mükəmməl sülh və sarsılmaz etibar tapmağı kəşf…

Əsaslandırma
İncil “İnsan Allah qarşısında necə saleh ola bilər?” sualına cavab verir. Salehləşdirmə anlayışı günahkar…

Allahın Krallığı
Allah yaradılışın lap əvvəlindən nəzərdə tutmuşdu. Adəm və Həvvanı yaradanda, Allah Adəmi Onu təmsil edən bir…
Tövbə
İsa Məsihdə ümid və şəfa tapın. Həqiqi tövbə, Allahın bağışlaması və kədər və günahdan azad olmaq haqqında…

Məsihçi həyatı
Məsihə xidmət etməyin əsl motivlərini, xidmət üçün effektiv metodları və sadiq xidmətin, xüsusilə uşaqlar…