Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq!
Sefanya 3:17
Gündəlik İşıq
Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq!
Sefanya 3:17
Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız. Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı.
Qanunun Təkrari 7:7–8
Biz sevirik, çünki öncə O bizi sevdi.
1 Yəhya 4:19
Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin.
Kolosseli̇lərə 1:21–22
Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
1 Yəhya 4:10
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Romalilara 5:8
Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».
Matta 3:17
Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım.
Yəhya 10:17
Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı. Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu.
İbrani̇lərə 1:2–3
O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.
İbrani̇lərə 10:20
Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı.
Yaradiliş 4:16
Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir.
Yeşaya 59:2
Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.
İbrani̇lərə 12:14
İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
Yəhya 14:6
indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.
2 Ti̇moteyə 1:10
Müqəddəs Ruh bununla göstərir ki, çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır.
İbrani̇lərə 9:8
Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.
Efesli̇lərə 2:14
O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı.
Matta 27:51
Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
Matta 7:14
Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var».
Zəbur 16:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax5 iyn 2026
4 iyn 2026
3 iyn 2026
2 iyn 2026
1 iyn 2026
31 may 2026
30 may 2026

Əbədi Həyat
Rəbb İsa bizim ölü ruhlarımıza verəcəyi yeni bir həyat növündən danışdı. O, bunu bol həyat (Yəh. 10:10) və…

Yaradılış
Allah göyləri və yeri yaratdı, və Allah dedi: ‘Suların ortasında bir fəza olsun’ (v. 1:20) Allah dedi…

Sülh
İbranilərin zəngin xeyir-duasını araşdırın, Allahın sülhünü, qüdrətini və böyük Çobanımız Məsih vasitəsilə…

Möcüzələr
Yəhya 5-ci fəsildəki hekayə “çoxlu xəstə, kor, şikəst, iflic olmuş, suyun hərəkətini gözləyən” (v.3 NKJV)…

Sülh
Həqiqi sülhün yalnız İsa Məsihdə necə tapıldığını kəşf edin. Xilas vasitəsilə Allahla sülh və Onun Kəlamında…

Esxatologiya
Rəbb İsa Məsihin qayıdışı ilə bağlı Müqəddəs Kitab peyğəmbərliklərini və vədlərini araşdırın, Onun ilk…