Ordular Rəbbi belə deyir: “İndiki məbədin əzəməti əvvəlkindən üstün olacaq. Bu yerə əmin-amanlıq verəcəyəm”. Ordular Rəbbi belə bəyan edir».
Haqqay 2:9
Gündəlik İşıq
Ordular Rəbbi belə deyir: “İndiki məbədin əzəməti əvvəlkindən üstün olacaq. Bu yerə əmin-amanlıq verəcəyəm”. Ordular Rəbbi belə bəyan edir».
Haqqay 2:9
Davud öz-özünə dedi: «Oğlum Süleyman cavandır, təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır. Buna görə onun üçün hazırlıq görməliyəm». Beləliklə, Davud ölümündən əvvəl çoxlu hazırlıq işləri gördü.
Bi̇ri̇nci̇ Salnamələr 22:5
Kahinlər Rəbbin məbədinə girə bilmədi, çünki Rəbbin izzəti Öz məbədini doldurmuşdu.
İki̇nci̇ Salnamələr 7:2
İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram».
Yəhya 2:19
Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu.
Yəhya 2:21
Çünki əvvəllər ehtişamlı olanın indi hədsiz ehtişamı olanla müqayisədə ehtişamı yoxdur.
2 Kori̇nfli̇lərə 3:10
Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
Yəhya 1:14
Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı.
İbrani̇lərə 1:1–2
«Ən ucalarda Allaha izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!»
Luka 2:14
Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.
Yeşaya 9:6
Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.
Efesli̇lərə 2:14
Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
Fi̇li̇pi̇li̇lərə 4:7
Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
Romalilara 13:12
Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.
Romalilara 13:14
Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum.
Fi̇li̇pi̇li̇lərə 3:8–9
Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur.
Romalilara 3:22
Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.
Yeşaya 61:10
Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.
Zəbur 71:16
Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.
Efesli̇lərə 5:8
qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin.
Efesli̇lərə 5:11
Nurun ifşa etdiyi hər şey aşkardır, bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir: «Ey yatan, oyan və ölülər arasından diril! Məsih sənin üzərinə nur saçacaq». Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün.
Efesli̇lərə 5:13–15
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax3 iyn 2026
2 iyn 2026
1 iyn 2026
31 may 2026
30 may 2026
29 may 2026
28 may 2026

Təcessüd
Yəhya 1:1-18-dəki dərin həqiqətləri araşdırın, burada əbədi Kəlam Allahı aşkar etmək üçün bədənə çevrildi…

Müqəddəslik
Allahın Qəzəbi Müqəddəs Bir Fəaliyyət Budur Lütf və Həqiqət Jurnalı Allahın Qəzəbi Müqəddəs Bir Fəaliyyət…

İsa Məsih
Şeytan nə tövbə etmiş, nə də bu pis arzusundan əl çəkmişdir. O, Allahın onu devirməsinə (Yeşaya 14:12)…

İsa Məsih
Həvarilərin İşləri kitabı əvvəlcə Peterin xidmətinə, sonra isə Pavelə və onun missioner səyahətlərinə diqqət…

Sülh
Həqiqi sülhün yalnız İsa Məsihdə necə tapıldığını kəşf edin. Xilas vasitəsilə Allahla sülh və Onun Kəlamında…

Musa Qanunu
Qanunun məqsədini, məhdudiyyətlərini və xristianların niyə artıq onun məhkumiyyəti altında olmadığını başa…