Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb».
Yəhya 7:46
Gündəlik İşıq
Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb».
Yəhya 7:46
Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib.
Zəbur 45:2
Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, Savadlı adamlar kimi dinləyə bilim.
Yeşaya 50:4
Şirindillidir, Təpədən dırnağadək gözəldir. Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur, Mənim yarım budur.
Nəğmələr Nəğməsi̇ 5:16
Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdi.
Luka 4:22
çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.
Matta 7:29
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.
Kolosseli̇lərə 3:16
Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
Efesli̇lərə 6:17
Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.
İbrani̇lərə 4:12
Ona görə ki döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır. Nəzəriyyələri, Allah barədə biliyə qarşı çıxan hər bir səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk.
2 Kori̇nfli̇lərə 10:4–5
Pislərin qələbə çalması qısa çəkər, Allahsızın sevinci bir an sürər.
Əyyub 20:5
Mən səninlə qadın arasına, Sənin balanla onun övladı arasına Düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, Sən də onu dabanından sancacaqsan».
Yaradiliş 3:15
Mən hər gün məbəddə sizinlə birlikdə olanda siz Mənə əl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır».
Luka 22:53
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin
İbrani̇lərə 2:14
Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.
Kolosseli̇lərə 2:15
Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər.
1 Peter 5:8–9
Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq.
Yaqub 4:7
Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır. Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir.
Zəbur 37:12–13
Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun!
Romalilara 16:20
Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək.
Vəhy 20:10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax8 iyn 2026
7 iyn 2026
6 iyn 2026
5 iyn 2026
4 iyn 2026
3 iyn 2026
2 iyn 2026

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

Möcüzələr
Yəhya 5-ci fəsildəki hekayə “çoxlu xəstə, kor, şikəst, iflic olmuş, suyun hərəkətini gözləyən” (v.3 NKJV)…

İsa Məsih
Şeytan nə tövbə etmiş, nə də bu pis arzusundan əl çəkmişdir. O, Allahın onu devirməsinə (Yeşaya 14:12)…

Allahın Krallığı
Müqəddəs Kitabda “Allahın Padşahlığı” ifadəsi səlahiyyət və hökmranlıqla əlaqələndirilir. Birincisi, Allahın…

Məsihçi həyatı
Məsihin əvvəlcədən bilməsi və şəfaətinin Onun ehtiyaclarımıza həmişə hazır olması, bizi hər çətinlikdən…

Esxatologiya
Rəbb İsa Məsihin qayıdışı ilə bağlı Müqəddəs Kitab peyğəmbərliklərini və vədlərini araşdırın, Onun ilk…