Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi.
Luka 15:13
Gündəlik İşıq
Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi.
Luka 15:13
Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
1 Kori̇nfli̇lərə 6:11
Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik. Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.
Efesli̇lərə 2:3–6
Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
1 Yəhya 4:10
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Romalilara 5:8
Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq.
Romalilara 5:10
Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
Kolosseli̇lərə 3:13
«Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?»
Luka 7:41–42
Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?”
Matta 18:32–33
Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın». 26
Mark 11:25–26
Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
Kolosseli̇lərə 3:12–13
O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.
Matta 18:21–22
Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün.
Kolosseli̇lərə 3:14
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax9 iyn 2026
8 iyn 2026
7 iyn 2026
6 iyn 2026
5 iyn 2026
4 iyn 2026
3 iyn 2026

Yevangelizm
Müsəlmanlarla Məsihi paylaşmaq üçün Müqəddəs Kitab prinsiplərini öyrənin. Sevgi və şəfqətlə şəhadət edərkən…
Qurtuluş
Luka 15-dəki (xilas olmuş günahkarlar üzərindəki) cənnətdəki sevinci Vəhy 4-5-dəki (Quzunun qurtuluşunu…

Sülh
Yaşadığımız dünya münaqişələrlə doludur, fərdlər arasındakı fikir ayrılıqlarından millətlər arasındakı…

Məsəllər
Kiçik oğul atasına dedi: “Ata, görmək istəyirəm, çünki özüm bacara bilərəm.” Beləliklə, ata onu ona verdi…
Tövbə
Yeni Əhdə görə, “tövbə” ilə “peşmançılıq” arasında fərq var. Yəhuda “peşman oldu və otuz gümüşü baş kahinə və…
Tövbə
İsa Məsihdə ümid və şəfa tapın. Həqiqi tövbə, Allahın bağışlaması və kədər və günahdan azad olmaq haqqında…