Rəbb Musaya və Haruna dedi: «Pasxa bayramının qaydaları belədir: heç bir qərib ondan yeməsin;
Çixiş 12:43
Gündəlik İşıq
Rəbb Musaya və Haruna dedi: «Pasxa bayramının qaydaları belədir: heç bir qərib ondan yeməsin;
Çixiş 12:43
Bizim bir qurbangahımız var ki, ibadət çadırında xidmət edənlərin ondan yeməyə icazəsi yoxdur.
İbrani̇lərə 13:10
İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz».
Yəhya 3:3
o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz. Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı. Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin
Efesli̇lərə 2:12–15
Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.
Efesli̇lərə 2:19
Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.
Vəhy 3:20
Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi.
Matta 26:44
Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi.
İbrani̇lərə 5:7
Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək. O hökmən dan yeri kimi doğacaq, Yağış kimi, Torpağı sulayan yaz yağışı kimi Yanımıza gələcək».
Huşə 6:3
Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
Romalilara 12:12
Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
Efesli̇lərə 6:18
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
Fi̇li̇pi̇li̇lərə 4:6–7
İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun».
Matta 26:39
Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.
1 Yəhya 5:14
Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq. Yolunu Rəbbə ver, Ona güvən, O edəcək.
Zəbur 37:4–5
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax1 iyl 2026
30 iyn 2026
29 iyn 2026
28 iyn 2026
27 iyn 2026
26 iyn 2026
25 iyn 2026

İman
Nikodemin Yəhya İncilindəki üç görünüşünü araşdırın, onun qorxaq bir axtarışçıdan Məsihin cəsur bir…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

Ailə
Allah sizi ailənizə xüsusi ehtiyacları qarşılamaq üçün unikal hədiyyələrlə strateji şəkildə yerləşdirdi…

Esxatologiya
Rəbb İsa Məsihin qayıdışı ilə bağlı Müqəddəs Kitab peyğəmbərliklərini və vədlərini araşdırın, Onun ilk…

İlahi Mühakimə
Yeremyanın həyatını araşdırın, böyük müxalifətə və əzablara baxmayaraq, Allahın Kəlamı ilə dəstəklənərək…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…