Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
Qalati̇yalilara 5:22
Gündəlik İşıq
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
Qalati̇yalilara 5:22
Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün.
Efesli̇lərə 5:1
Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.
Matta 5:44–45
Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.
Luka 6:36
Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür.
Efesli̇lərə 5:9
Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki,
Ti̇tə 3:4–6
Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
Zəbur 145:9
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Sonra Şamuel bir daş götürüb Mispa ilə Şen arasına qoydu və «Rəbb bizə buraya qədər kömək etdi» deyərək bu daşı Even-Ezer adlandırdı.
Bi̇ri̇nci̇ Şamuel 7:12
Rəbb avam adamı qoruyur, O məni düşkünlüyə düçar olanda qurtardı.
Zəbur 116:6
Alqış olsun Rəbbə, Yalvarış səsimi eşitdi! Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
Zəbur 28:6–7
Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır. Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır.
Zəbur 118:8–9
Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan!
Zəbur 146:5
Yaşamaq üçün onlar bir şəhərə çatanadək Onları düz yolla apardı.
Zəbur 107:7
Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.
Yeşua 21:45
Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə».
Luka 22:35
Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
Zəbur 63:7
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax30 iyn 2026
29 iyn 2026
28 iyn 2026
27 iyn 2026
26 iyn 2026
25 iyn 2026
24 iyn 2026

Sevinc
Allahın Kəlamı ilə davamlı məşğul olaraq ruhani yolunuzda itirilmiş sevinci necə bərpa edəcəyinizi kəşf edin.

Yaqub
Yaradılışın yarısı, Müqəddəs Kitabın ilk kitabı, nədənsə Yaqubla bağlıdır. Nuh tufanından bir neçə əsr sonra…

Peyğəmbərlik
Şamuel təkcə peyğəmbər deyil, həm də sonuncu hakim idi. O, həm də kahin idi: “Şamuel Rəbbin qarşısında…
Əzab
Allaha üz tutaraq, dəstək axtararaq və Onun planına güvənərək həyatın əziyyətləri ilə necə mübarizə…
Lütf
Peter Batdı: Peterin batma hadisəsi həmişə məni təsirləndirmiş və bu şagirdə daha dərin hörmət bəsləməyimə…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…