Yol var

Baxın

  • Kitablar
  • Məqalələr
  • Mütaliə planları
  • Lüğət

Əlaqə saxlayın

  • Haqqımızda
  • Əlaqə

Bir addım atın

  • Allahı tanı
  • İncili oxuyun

Bugünkü oxumanı e-poçtla alın

© 2026 Yol var. Pulsuz xristian kitabxanası. Bir çox məqalələr təkrar çap olunur; icazələr mənbəyə görə dəyişir.

Dəstək
Yol var
  • Məqalələr
  • Mütaliə planları
  • Lüğət
Allahı tanıyınDaxil ol
Yol var
Yol var
  • Gündəlik İşıq
  • Rəbb yaxındır

4 avqust 2026, çərşənbə axşamı

Gündəlik İşıq

Gündəlik İşıq
Bütün yazılar

İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı.

Yəhya 19:30

Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.

İbrani̇lərə 12:2

Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim.

Yəhya 17:4

Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq. Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir. Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu. O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir. Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.

İbrani̇lərə 10:10–14

tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.

Kolosseli̇lərə 2:14

Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam».

Yəhya 10:17–18

Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.

Yəhya 15:13

O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı.

Zəbur 18:16

O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi.

Zəbur 40:2

Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz. Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz. Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.

Efesli̇lərə 2:1–3

Ey Allah, fəryadımı eşit, Duamı dinlə. Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar.

Zəbur 61:1–2

«Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin. Sən məni dərinə, dənizin qoynuna atdın, Məni sellər sarıdı, Sənin bütün ləpələrin və dalğaların Üstümdən keçdi.

Yunus 2:2–3

Sən insanları başımızın üstündən keçirtdin. Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın.

Zəbur 66:12

Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək.

Yeşaya 43:2

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

© United Bible Societies 2009 www.unitedbiblesocieties.org

Ahmet Yüksek ✪ tərəfindən Unsplash-də çəkilmiş foto (https://unsplash.com/photos/hazy-mountain-peaks-at-sunrise-or-sunset-jUZUTcnJoQw)

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

ƏvvəlkiNövbəti
Oxuma seçimləri

Məqalə şrift ölçüsü

Son günlər

Hamısına bax→
  • 3 avq 2026

    Luka 1:50 · Zəbur 31:19–20

  • 2 avq 2026

    Vəhy 13:8 · Çixiş 12:5–7

  • 1 avq 2026

    Efesli̇lərə 2:8 · İbrani̇lərə 11:6

  • 31 iyl 2026

    2 Ti̇moteyə 2:3 · Yeşaya 55:4

  • 30 iyl 2026

    Kolosseli̇lərə 3:1 · Süleymanin Məsəlləri̇ 4:5

  • 29 iyl 2026

    Yeşaya 64:1 · Nəğmələr Nəğməsi̇ 8:14

  • 28 iyl 2026

    Efesli̇lərə 5:2 · Yəhya 13:34

Əlaqəli məqalələr

  • İsa Məsih

    On iki yaşlı İsa: Məbəddə Atanın işini görmək

    İsanın on iki yaşında məbəddəki bibliya hekayəsini araşdırın, Onun Allahın iradəsinə erkən həsr olunmasını…

    2 noy 2021·Naməlum
  • Allah sevgisi

    İsa Məsihin tükənməz məhəbbətində necə qalmaq olar

    Şəhadətinizi və birliyinizi qorumaq üçün itaət vasitəsilə Məsihin məhəbbətində qalın. Onun əmrlərini yerinə…

    2 iyn 2024·Hamilton Smit
  • Əsaslandırma

    Ədalətləndirməni Anlamaq: İman, Tövbə və Əməllər

    Müqəddəs Kitab təlimlərində vurğulandığı kimi, həqiqi dönüşümdə və davamlı xristian inkişafında tövbənin əsas…

    29 sen 2020
  • İsanın Müqəddəs Yazılardan İstifadəsi və Bunun İmanımıza Təsiri

    İsa Məsih

    İsanın Müqəddəs Yazılardan İstifadəsi və Bunun İmanımıza Təsiri

    İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

    25 apr 2026·D.V. Paterson
  • İsa Məsih

    Adın əbədi gücü və əbədi əhəmiyyəti

    İsa adının dərin mənasını və gücünü, Əhdi-Ətiqdəki əvvəlcədən göstərilmələrindən tutmuş, izzətdəki əbədi qeyd…

    15 fev 2021
  • Şagirdlik

    Məsihin Təlimi ilə Çətinliklər Arasında Sülh Tapmaq

    İsanın Yuxarı Otaq təlimləri çətinliklər arasında sülh təklif edir. Onun dünya üzərindəki qələbəsinin…

    28 noy 2021·Naməlum
  • İsa Məsih

    On iki yaşlı İsa: Məbəddə Atanın işini görmək

    İsanın on iki yaşında məbəddəki bibliya hekayəsini araşdırın, Onun Allahın iradəsinə erkən həsr olunmasını…

    2 noy 2021·Naməlum
  • Allah sevgisi

    İsa Məsihin tükənməz məhəbbətində necə qalmaq olar

    Şəhadətinizi və birliyinizi qorumaq üçün itaət vasitəsilə Məsihin məhəbbətində qalın. Onun əmrlərini yerinə…

    2 iyn 2024·Hamilton Smit
  • Əsaslandırma

    Ədalətləndirməni Anlamaq: İman, Tövbə və Əməllər

    Müqəddəs Kitab təlimlərində vurğulandığı kimi, həqiqi dönüşümdə və davamlı xristian inkişafında tövbənin əsas…

    29 sen 2020
  • İsanın Müqəddəs Yazılardan İstifadəsi və Bunun İmanımıza Təsiri

    İsa Məsih

    İsanın Müqəddəs Yazılardan İstifadəsi və Bunun İmanımıza Təsiri

    İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

    25 apr 2026·D.V. Paterson
  • İsa Məsih

    Adın əbədi gücü və əbədi əhəmiyyəti

    İsa adının dərin mənasını və gücünü, Əhdi-Ətiqdəki əvvəlcədən göstərilmələrindən tutmuş, izzətdəki əbədi qeyd…

    15 fev 2021
  • Şagirdlik

    Məsihin Təlimi ilə Çətinliklər Arasında Sülh Tapmaq

    İsanın Yuxarı Otaq təlimləri çətinliklər arasında sülh təklif edir. Onun dünya üzərindəki qələbəsinin…

    28 noy 2021·Naməlum