Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.
Efesli̇lərə 2:8
Gündəlik İşıq
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.
Efesli̇lərə 2:8
İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
İbrani̇lərə 11:6
Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib.
Yəhya 3:18
Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm, kömək et ki, imansızlığım yox olsun!»
Mark 9:24
Lakin kim Onun sözünə riayət edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq.
1 Yəhya 2:5
Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır.
Qalati̇yalilara 5:6
Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna sübut istəyirsənmi?
Yaqub 2:20
Gözlə görünənə deyil, imana görə həyat sürürük.
2 Kori̇nfli̇lərə 5:7
Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
Qalati̇yalilara 2:20
Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz. Çünki imanınızın nəticəsində canınızın xilasına nail olursunuz.
1 Peter 1:8–9
Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun dözümü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb çox rəhmli və mərhəmətlidir.
Yaqub 5:11
Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.
Zəbur 103:13
Xariqələrini xalqının yadına salır. Rəbb lütfkar və rəhmlidir, Ondan qorxanları bəsləyərək saxlayır, Öz əhdini əbədi olaraq yadda saxlayır.
Zəbur 111:4–5
O, ayaqlarını büdrəməyə qoymaz, Səni qoruyan yatmaz. Bax İsraili qoruyan yuxulamaz, Yatıb qalmaz.
Zəbur 121:3–4
Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.
Qanunun Təkrari 32:11–12
Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir. Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür.
Mərsi̇yələr 3:22–23
İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi.
Matta 14:14
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Sizin başınızdakı saçlar belə, sayılıb.
Matta 10:30
İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz.
Matta 10:29
Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.
Matta 10:31
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax31 iyl 2026
30 iyl 2026
29 iyl 2026
28 iyl 2026
27 iyl 2026
26 iyl 2026
25 iyl 2026

İsa Məsih
İsa batmaqda olanları xilas edir, imansızlığımıza kömək edir və mübarizələrimizə şərik olur. Mərhəmət və lütf…

Müqəddəs Ruh
Ruhda gündəlik yerimək üçün praktiki addımları öyrənin. Gününüzə dua ilə başlayın, Allahın Kəlamı ilə…
Fədakarlıq
Pavelin «Hamı özününkünü axtarır» sözləri yalnız dünyaya deyil, möminlərə də aiddir. Biz Məsihin maraqlarını…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…
İsa Məsih
İsa adının dərin mənasını və gücünü, Əhdi-Ətiqdəki əvvəlcədən göstərilmələrindən tutmuş, izzətdəki əbədi qeyd…
Müqəddəsləşmə
Məsihin ölümü, dəfni və dirilməsi ilə eyniləşmənin imanlılara günahı necə aşmağa güc verdiyini anlayın.