Yol var

Baxın

  • Kitablar
  • Məqalələr
  • Mütaliə planları
  • Lüğət

Əlaqə saxlayın

  • Haqqımızda
  • Əlaqə

Bir addım atın

  • Allahı tanı
  • İncili oxuyun

Bugünkü oxumanı e-poçtla alın

© 2026 Yol var. Pulsuz xristian kitabxanası. Bir çox məqalələr təkrar çap olunur; icazələr mənbəyə görə dəyişir.

Dəstək
Yol var
  • Məqalələr
  • Mütaliə planları
  • Lüğət
Allahı tanıyınDaxil ol
Yol var
Yol var
  • Gündəlik İşıq
  • Rəbb yaxındır

26 iyul 2026, bazar

Gündəlik İşıq

Gündəlik İşıq
Bütün yazılar

İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı.

İbrani̇lərə 11:8

Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. Sela

Zəbur 47:4

Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu. Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.

Qanunun Təkrari 32:10–12

Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, Getdiyin lazım olan yolla səni aparıram.

Yeşaya 48:17

Budur, Allah əzəməti ilə ucalır, Onun kimi müəllim haradadır?

Əyyub 36:22

Gözlə görünənə deyil, imana görə həyat sürürük.

2 Kori̇nfli̇lərə 5:7

Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.

İbrani̇lərə 13:14

Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz.

1 Peter 2:11

Qalxın gedin, Çünki bura istirahət yeri deyil. Bu yer murdarlandığına görə Dəhşətli surətdə darmadağın olacaq.

Mi̇keya 2:10

Ey salehlər, Rəbbə görə sevinin, Onun müqəddəs adına şükür edin!

Zəbur 97:12

Allah müqəddəslərinə belə, etibar etmirsə, Göylər belə, Onun gözündə təmiz deyilsə, Haqsızlığı su kimi içən, İyrənc, korlanmış insana O etibar edərmi?

Əyyub 15:15–16

Bax Onun gözündə ay belə, parlaq deyilsə, Ulduzlar belə, pak deyilsə, Torpaq qurduna bənzər fani insan necə ola bilər? Axı bəşər oğlu bir cücüyə bənzər».

Əyyub 25:5–6

Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı?

Çixiş 15:11

Biri o birini səsləyib deyirdi: «Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün yer üzü Onun əzəməti ilə doludur».

Yeşaya 6:3

Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun, necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm».

1 Peter 1:15–16

Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir.

İbrani̇lərə 12:10

Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.

1 Kori̇nfli̇lərə 3:17

Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız.

2 Peter 3:11

Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.

2 Peter 3:14

Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz.

Efesli̇lərə 4:29–30

Süni intellektlə tərcümə edilib, Müqəddəs Kitab sitatları da daxil olmaqla — istənilən istinadı açın və Azərbaycan Bibliyası 2008 tərcüməsində oxuyun.

© United Bible Societies 2009 www.unitedbiblesocieties.org

Ahmet Yüksek ✪ tərəfindən Unsplash-də çəkilmiş foto (https://unsplash.com/photos/hazy-mountain-peaks-at-sunrise-or-sunset-jUZUTcnJoQw)

Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).

ƏvvəlkiNövbəti
Oxuma seçimləri

Məqalə şrift ölçüsü

Son günlər

Hamısına bax→
  • 25 iyl 2026

    1 Yəhya 3:14 · Yəhya 5:24

  • 24 iyl 2026

    Romalilara 12:12 · Bi̇ri̇nci̇ Şamuel 3:18

  • 23 iyl 2026

    1 Kori̇nfli̇lərə 15:24 · Mark 13:32–33

  • 22 iyl 2026

    Romalilara 6:10 · Yeşaya 53:12

  • 21 iyl 2026

    Romalilara 3:1–2 · Yeremya 4:4

  • 20 iyl 2026

    Yəhya 17:16 · Yeşaya 53:3

  • 19 iyl 2026

    Luka 1:49 · Çixiş 15:11

Əlaqəli məqalələr

  • Ruhani İnkişaf

    Məsih Bizim İlahi Müəllimimiz: Allahın İradəsini və Xilasını Öyrənmək

    Allah Öz xalqına günahın həqiqi təbiətini öyrədir, onları xilasda təlimatlandırır və müqəddəs həyatda onlara…

    30 iyl 2021·Naməlum
  • Fədakarlıq

    Məsihin maraqlarını axtarmaq: Özümüzünkünü deyil, hətta tətildə də

    Pavelin «Hamı özününkünü axtarır» sözləri yalnız dünyaya deyil, möminlərə də aiddir. Biz Məsihin maraqlarını…

    3 may 2021
  • Həqiqi bir xristian ardıcılı olmaq nə deməkdir?

    Şagirdlik

    Məsihçi ardıcılı olmaq həqiqətən nə deməkdir?

    Məsihçi olmağın həqiqi mənasını kəşf edin, Məsihin qulu olmaq kimi Müqəddəs Kitab konsepsiyasını qəbul edin.

    14 sen 2023·Tim Hedli
  • Müqəddəs Kitab bu gün müqəddəslər haqqında həqiqətən nə deyir?

    Müqəddəslik

    Müqəddəslər haqqında Müqəddəs Kitab bu gün həqiqətən nə deyir?

    Müqəddəs Kitabın müqəddəslər haqqında həqiqətən nə öyrətdiyini kəşf edin. Hər bir imanlı ruhani…

    11 yan 2025·Rocer Penney
  • İsanın Müqəddəs Yazılardan İstifadəsi və Bunun İmanımıza Təsiri

    İsa Məsih

    İsanın Müqəddəs Yazılardan İstifadəsi və Bunun İmanımıza Təsiri

    İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

    25 apr 2026·D.V. Paterson
  • İsa Məsih

    Adın əbədi gücü və əbədi əhəmiyyəti

    İsa adının dərin mənasını və gücünü, Əhdi-Ətiqdəki əvvəlcədən göstərilmələrindən tutmuş, izzətdəki əbədi qeyd…

    15 fev 2021