Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır.
Romalilara 6:10
Gündəlik İşıq
Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır.
Romalilara 6:10
Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, Üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, Üsyankarlardan ötrü yalvardı.
Yeşaya 53:12
eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.
İbrani̇lərə 9:28
O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız.
1 Peter 2:24
Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.
İbrani̇lərə 10:14
Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
İbrani̇lərə 7:24–25
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq.
Romalilara 5:8–9
Beləliklə, Məsih cismən əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir. Nəticədə cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşayır.
1 Peter 4:1–2
Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.
Yəhya 15:4–5
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,
Qalati̇yalilara 5:22
Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir. Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.
Yəhya 15:8–10
Lakin kim Onun sözünə riayət edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq.
1 Yəhya 2:5
Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
Yəhya 15:12
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Romalilara 5:8
Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.
1 Yəhya 4:16
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax21 iyl 2026
20 iyl 2026
19 iyl 2026
18 iyl 2026
17 iyl 2026
16 iyl 2026
15 iyl 2026
Müqəddəs Ruh
Müqəddəs Ruhu kədərləndirməyin Allahla ünsiyyəti necə kəsdiyini və sevinci azaltdığını, xilasın isə…
Allahın hər şeyi bilməsi
Allahın hər şeyi bilən gözü bütün hərəkətləri və düşüncələri görür, bu da gələn hökmə gətirib çıxarır. Lakin…
Axirət
Gənc bir hüquq tələbəsi əbədiyyət haqqında dəyərli bir dərs öyrənir, bu da axirət həyatı və ruhani hazırlığın…

Müqəddəs Ruh
Ruhda gündəlik yerimək üçün praktiki addımları öyrənin. Gününüzə dua ilə başlayın, Allahın Kəlamı ilə…

Təqib
Vəhy 2:8-11 və Məsihin Smirnaya məktubunun tədqiqi. Əzabın imanı necə təmizlədiyini və həyat tacı vədini…

Yevangelizm
Müsəlmanlarla Məsihi paylaşmaq üçün Müqəddəs Kitab prinsiplərini öyrənin. Sevgi və şəfqətlə şəhadət edərkən…