Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir? Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.
Romalilara 3:1–2
Gündəlik İşıq
Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir? Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.
Romalilara 3:1–2
Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin, Ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi püskürüb yandıracaq, Söndürən olmayacaq.
Yeremya 4:4
– buna görə Mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam – daş ürəkləri yumşalıb günahlarının əvəzini ödəsələr, o zaman Mən də Yaqubla, İshaqla və İbrahimlə bağladığım əhdimi və onlara vəd etdiyim ölkəni xatırlayacağam.
Levi̇li̇lər 26:41–42
Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin;
Romalilara 15:8
Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz.
Kolosseli̇lərə 2:11
Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb
Kolosseli̇lərə 2:13
Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, ruhən və əqlən yeniləşin, əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
Efesli̇lərə 4:22–24
O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı.
Matta 27:51
Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».
1 Kori̇nfli̇lərə 11:23–24
Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir».
Yəhya 6:51
Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm.
Yəhya 6:53–54
Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq.
Yəhya 6:56–57
Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz sizi büdrədirmi? Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə? Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
Yəhya 6:61–63
O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.
İbrani̇lərə 10:20
Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:22
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax20 iyl 2026
19 iyl 2026
18 iyl 2026
17 iyl 2026
16 iyl 2026
15 iyl 2026
14 iyl 2026

Sevinc
Allahın Kəlamı ilə davamlı məşğul olaraq ruhani yolunuzda itirilmiş sevinci necə bərpa edəcəyinizi kəşf edin.
Müqəddəs Ruh
Pavelin Müqəddəs Ruhdan gələn xəbərdarlıqlara baxmayaraq Qüdsə getməklə günah edib-etmədiyini müəyyən etmək…

Təqib
Vəhy 2:8-11 və Məsihin Smirnaya məktubunun tədqiqi. Əzabın imanı necə təmizlədiyini və həyat tacı vədini…

Rəbbin Süfrəsi
Ünsiyyətin xristian anlayışını və çörək ilə şərabın həqiqətən İsanın bədəninə və qanına…

Sülh
Cənubi Karolina ştatının Enoree şəhərindəki bir kilsədə xor məşqi keçirilirdi, bu zaman bir körpə ağlamağa…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…