Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın.
2 Kori̇nfli̇lərə 4:4
Gündəlik İşıq
Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın.
2 Kori̇nfli̇lərə 4:4
Rəbbin əzəməti aşkar olunacaq, Bütün bəşər bunu birlikdə görəcək». Bu sözlər Rəbbin ağzından çıxıb.
Yeşaya 40:5
Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.
Yəhya 1:18
Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
Yəhya 1:14
İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən?
Yəhya 14:9
Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu.
İbrani̇lərə 1:3
Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu, Mələklərə göründü, Millətlərə vəz olundu, Dünyada Ona iman edildi, İzzətlə göyə çəkildi.
1 Ti̇moteyə 3:16
Oğlunda satınalınmaya – günahlarımızın bağışlanmasına malikik. Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur.
Kolosseli̇lərə 1:14–15
Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun;
Romalilara 8:29
Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın.
Zəbur 18:39
Ona görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm, çünki mən zəifləyəndə qüvvətlənirəm.
2 Kori̇nfli̇lərə 12:10
Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin».
İki̇nci̇ Salnamələr 14:11
Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedi: «İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Yehoşafat çığırdı. Rəbb ona yardım etdi, Allah onları onun yanından geri çəkdi.
İki̇nci̇ Salnamələr 18:31
Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır. Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır.
Zəbur 118:8–9
Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz. Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.
Zəbur 33:16–17
Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır. Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.
Efesli̇lərə 6:12–13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax26 iyl 2026
25 iyl 2026
24 iyl 2026
23 iyl 2026
22 iyl 2026
21 iyl 2026
20 iyl 2026

Teologiya
Allahın təbiəti, İsa Məsihin şəxsiyyəti və işi, Müqəddəs Ruh, kəffarə və gələcək hökm haqqında fundamental…
İsa Məsih
İsa adının dərin mənasını və gücünü, Əhdi-Ətiqdəki əvvəlcədən göstərilmələrindən tutmuş, izzətdəki əbədi qeyd…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

Yevangelizm
Müsəlmanlarla Məsihi paylaşmaq üçün Müqəddəs Kitab prinsiplərini öyrənin. Sevgi və şəfqətlə şəhadət edərkən…
Əzab
Allaha üz tutaraq, dəstək axtararaq və Onun planına güvənərək həyatın əziyyətləri ilə necə mübarizə…
İman
Biz tez-tez Allahı gözləsək də, O da bizim imanla hərəkət etməyimizi gözləyir. İtaətdə irəliləməyin ilahi…