Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
Romalilara 12:12
Gündəlik İşıq
Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
Romalilara 12:12
Bundan sonra Şamuel heç nə gizlətmədi və ona hər şeyi danışdı. Eli də dedi: «O, Rəbdir, gözündə nə xoşdursa, onu da etsin».
Bi̇ri̇nci̇ Şamuel 3:18
Günahsız olsam belə, Ona cavab verə bilmərəm, Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam.
Əyyub 9:15
O belə dedi: «Bu dünyaya çılpaq gəlmişəm, Çılpaq da gedəcəyəm. Verən də Rəbdir, alan da Rəbdir. Rəbbin isminə alqış olsun!»
Əyyub 1:21
Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi.
Əyyub 2:10
İsa ağladı.
Yəhya 11:35
Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik.
Yeşaya 53:3–4
Çünki Rəbb sevdiyini tərbiyələndirər, Qəbul etdiyi hər oğulu döyər».
İbrani̇lərə 12:6
Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir.
İbrani̇lərə 12:11
hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz,
Kolosseli̇lərə 1:11
Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim».
Yəhya 16:33
Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.
Romalilara 4:20
İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun. Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək. Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək.
Mark 11:22–24
İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
İbrani̇lərə 11:6
İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi. Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi. O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı.
İbrani̇lərə 11:17–19
Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir.
Romalilara 4:21
Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq».
Yaradiliş 18:14
İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şey mümkündür».
Matta 19:26
Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!»
Luka 17:5
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax23 iyl 2026
22 iyl 2026
21 iyl 2026
20 iyl 2026
19 iyl 2026
18 iyl 2026
17 iyl 2026
Etibar
Eyubun nəcib imanından öyrənərək, bütün şəraitdə Allahın sevgisinə və təqdirinə güvənin. Allah bizə nəyin…
İman
Biz tez-tez Allahı gözləsək də, O da bizim imanla hərəkət etməyimizi gözləyir. İtaətdə irəliləməyin ilahi…
Qorunma
Allahın Öz övladlarını həyatın sınaqları vasitəsilə necə qoruduğunu kəşf edin, hətta şəraitin anlaşılması…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…
İsa Məsih
İsa adının dərin mənasını və gücünü, Əhdi-Ətiqdəki əvvəlcədən göstərilmələrindən tutmuş, izzətdəki əbədi qeyd…
Şagirdlik
İsanın Yuxarı Otaq təlimləri çətinliklər arasında sülh təklif edir. Onun dünya üzərindəki qələbəsinin…