Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən.
Nəğmələr Nəğməsi̇ 4:7
Gündəlik İşıq
Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən.
Nəğmələr Nəğməsi̇ 4:7
Siz nə üçün yenə döyüləsiniz, Niyə üsyan etməkdə davam edirsiniz? Xoralar başınızı tamamilə bürüyüb, Ürəyiniz azara düşüb. Təpədən dırnağacan bədəniniz xəstədir, Bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, Yenə də vurulmuş yaralarınız Təmizlənməmiş, sarılmamış, Məlhəmlə yumşaldılmamışdır.
Yeşaya 1:5–6
Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
Yeşaya 64:6
Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.
Romalilara 7:18
Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
1 Kori̇nfli̇lərə 6:11
Bu şah qızı sarayına cah-calalla gətirilir, Paltarları qızıl tikmələrə bürünmüş.
Zəbur 45:13
Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir.
Yezekel 16:14
Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, Əllərimizin zəhmətini uğurlu et, Bəli, bizim əllərimizin zəhmətini uğurlu et.
Zəbur 90:17
Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
Vəhy 7:14
və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
Efesli̇lərə 5:27
Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
Kolosseli̇lərə 2:10
“Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər.
Yeremya 2:13
Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım».
Yaradiliş 4:1
Yenə dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq».
Yaradiliş 11:4
Rəbb onları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdı.
Yaradiliş 11:8
Lut özünə İordan çayının kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı.
Yaradiliş 13:11
Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi.
Yaradiliş 13:10
Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi.
Yaradiliş 13:13
Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər. Çünki hikmət çox olduqca Kədər də çoxalır. Bilik artdıqca Dərd də artır.
Vai̇z 1:17–18
Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım,
Vai̇z 2:4
Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.
Vai̇z 2:8
Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur.
Vai̇z 2:11
Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin.
Yəhya 7:37
Çünki O, susuzlara doyunca su verər, Acları bol nemətlərlə bəslər.
Zəbur 107:9
Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
Kolosseli̇lərə 3:2
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax8 avq 2026
7 avq 2026
6 avq 2026
5 avq 2026
4 avq 2026
3 avq 2026
2 avq 2026
Xristologiya
Məsihi İzzət Rəbbi kimi araşdırın, Onun əxlaqi, rəsmi və əbədi mükəmməlliklərini ətraflı izah edin. O, dünya…

Qurtuluş
Vulkan bir müddətdir guruldayır, tüstü və az miqdarda lava püskürürdü. Lakin, Armero əhalisinin qürurlu bir…

Peyğəmbərlik
Müqəddəs Kitab gələcək vahid dünya kilsəsi haqqında nə deyir? Müqəddəs Yazıların Kilsə, apostasiya və son…

Xristologiya
Məsihin Əhdi-Ətiqdə tiplər, peyğəmbərliklər və simvollar vasitəsilə necə aşkar edildiyini araşdırın. Tanış…
İsa Məsih
İsa adının dərin mənasını və gücünü, Əhdi-Ətiqdəki əvvəlcədən göstərilmələrindən tutmuş, izzətdəki əbədi qeyd…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…