Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.
Yaqub 5:16
Gündəlik İşıq
Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.
Yaqub 5:16
İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm: əlli nəfərdən beş nəfər az saleh adam tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?» Rəbb dedi: «Əgər orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam».
Yaradiliş 18:27–28
Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi.
Luka 23:24
Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.
Matta 5:44
Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir.
Yəhya 17:9
Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki,
Yəhya 17:20
Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin.
Qalati̇yalilara 6:2
Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir. İlyas təbiətcə bizim kimi bir adam idi və o səylə dua etdi ki, yağış olmasın. Üç il altı ay torpağa yağış yağmadı.
Yaqub 5:16–17
İnsanınsa ömrü bir ota oxşar, Çəmən gülləri kimi çiçək açar, Üstündən yel əsərkən yox olur, Yerində izi belə, qalmır.
Zəbur 103:15–16
Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun.
Zəbur 90:12
İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var?
Mark 8:36
Rəbb nəfəsini üzərinə üfürəndə Ot quruyar, çiçək solar, Həqiqətən, bu xalq ota oxşar. Ot quruyar, çiçək solar, Amma Allahımızın sözü əbədi qalar».
Yeşaya 40:7–8
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
1 Yəhya 2:17
Çünki O deyir: «Münasib vaxtda səni eşitdim, Xilas günü sənə kömək etdim». Budur, indi münasib vaxt, budur, indi xilas günü.
2 Kori̇nfli̇lərə 6:2
bu dünyanın işlərindən faydalananlar bu işlərdən uzaq olanlar kimi olsun. Çünki bu dünyanın indiki vəziyyəti keçib-gedir.
1 Kori̇nfli̇lərə 7:31
Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək. Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.
İbrani̇lərə 10:24–25
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax16 avq 2026
15 avq 2026
14 avq 2026
13 avq 2026
12 avq 2026
11 avq 2026
10 avq 2026
Namaz
İsa çarmıxda düşmənləri üçün dua edərək ən böyük sevgini nümayiş etdirdi və ardıcılları üçün nümunə oldu.

Vəsvəsə
İsa Məsihin, «Sınaqdan Keçirilmiş Daşın» sınaqları vasitəsilə necə aşkar edildiyini kəşf edin. O, sınaqları…

Peyğəmbərlik
Müqəddəs Kitab gələcək vahid dünya kilsəsi haqqında nə deyir? Müqəddəs Yazıların Kilsə, apostasiya və son…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…
Fədakarlıq
Pavelin «Hamı özününkünü axtarır» sözləri yalnız dünyaya deyil, möminlərə də aiddir. Biz Məsihin maraqlarını…
Əzab
Allaha üz tutaraq, dəstək axtararaq və Onun planına güvənərək həyatın əziyyətləri ilə necə mübarizə…