Davud öz-özünə dedi: «Oğlum Süleyman cavandır, təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır. Buna görə onun üçün hazırlıq görməliyəm». Beləliklə, Davud ölümündən əvvəl çoxlu hazırlıq işləri gördü.
Bi̇ri̇nci̇ Salnamələr 22:5
özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.
1 Peter 2:5
Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır? Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.
1 Kori̇nfli̇lərə 3:16–17
Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.
1 Kori̇nfli̇lərə 6:19–20
Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi:
«Mən aralarında yaşayıb-dolanacağam,
Onların Allahı olacağam,
Onlar da Mənim xalqım olacaq».
2 Kori̇nfli̇lərə 6:16
Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
Efesli̇lərə 2:19–22
Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur.
Kolosseli̇lərə 1:17
Laodikeyada olan cəmiyyətin mələyinə yaz:
Amin Olan, sadiq və etibarlı Şahid, Allahın yaratdıqlarının Mənşəyi belə deyir:
Vəhy 3:14
Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur.
Kolosseli̇lərə 1:18
Rəbb Öz yolunun başlanğıcında,
Hər işindən əvvəl mənə malik oldu.
Yaradılışın əzəlindən,
Dünya yaranmazdan əvvəl mən var idim.
Süleymanin Məsəlləri̇ 8:22–23
Göyləri yaradanda,
Dərinliyin üzü üstündə bir dairə çəkəndə,
Buludları yuxarıda yerləşdirəndə,
Dərinlikdə bulaqları bağlayanda,
Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə,
Yerin bünövrələrini təyin edəndə
Rəbbin yanında memar idim.
Hər gün fərəhlənirdim,
Hüzurunda həmişə sevinirdim.
Süleymanin Məsəlləri̇ 8:27–30
Əzəldən bəri Mən Oyam,
Mənim əlimdən qurtaran yoxdur.
Mən bir şey edəndə buna kim mane ola bilər?»
Yeşaya 43:13
Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.
Vəhy 13:8
Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.
İbrani̇lərə 12:2