Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq.
1 Peter 5:6
Gündəlik İşıq
Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq.
1 Peter 5:6
Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər, Doğrudan da, onlar cəzasız qalmaz.
Süleymanin Məsəlləri̇ 16:5
Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik. Ya Rəbb, çox qəzəblənmə, Şər əməllərimizi heç vaxt xatırlama, Hamımız Sənin xalqınıq, bunu nəzərə al.
Yeşaya 64:8–9
Bəli, Mən Efrayimin nalələrini eşitdim: «Sən məni Öyrədilməmiş dana kimi tərbiyələndirdin, Mən də tərbiyə aldım. Məni geri qaytar, qayıdım, Çünki Allahım Rəbb Sənsən. Mən yolumdan azdıqdan sonra tövbə etdim, Ağlım başıma gələndə əllərimi yanıma çırpdım. Cavanlığımda etdiyim eyib işlərdən Utandım, rüsvay oldum.
Yeremya 31:18–19
Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın.
Mərsi̇yələr 3:27
Axı torpaqdan bəla gəlməz, Əzab yerdən bitməz. Sanki havaya atılan qığılcımdır, İnsan əzab çəkmək üçün doğulur.
Əyyub 5:6–7
Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?»
Yaradiliş 3:1
O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır».
Matta 4:3–4
İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır».
Matta 4:7
İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.
Matta 4:10–11
O dedi: «Səninlə qayıdıb evinə getmərəm, bu yerdə səninlə çörək yeyib su içmərəm. Çünki Rəbbin sözü ilə mənə deyildi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”». Qoca peyğəmbər ona dedi: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq bunu ona yalandan söylədi. Allah adamı onunla qayıtdı, onun evində çörək yeyib su içdi.
Bi̇ri̇nci̇ Padşahlar 13:16–19
Onu yoldan qaytaran peyğəmbər bunu eşidib dedi: «O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü».
Bi̇ri̇nci̇ Padşahlar 13:26
Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun!
Qalati̇yalilara 1:8
Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
Zəbur 119:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax26 sen 2026
25 sen 2026
24 sen 2026
23 sen 2026
22 sen 2026
21 sen 2026
20 sen 2026

Şər
Şeytanın düşmüş mələk kimi mənşəyi, Allaha qarşı davam edən mübarizəsi və əbədi hökmdəki qəti taleyi haqqında…

Ruhani Müharibə
Xristianların üç növ zirehi var. Allahın zirehinin möminləri iblisin hiylələrindən necə qoruduğunu və Allahın…

Ruhani Müharibə
Müqəddəs Kitab istinadları vasitəsilə xristianın düşməni Şeytan haqqında öyrənin. Onun adlarını…

Vəsvəsə
İsa Məsihin, «Sınaqdan Keçirilmiş Daşın» sınaqları vasitəsilə necə aşkar edildiyini kəşf edin. O, sınaqları…

Ruhani İnkişaf
Müqəddəs Kitabı oxumaq üçün dərin səbəbləri kəşf edin. Onun necə rəhbərlik, ruhani inkişaf və İsa Məsih…

Küfr
Əhdi-Ətiq dönükləri Qabil, Balam və Koranın hekayələrini araşdırın. Onların imansızlığından dərslər öyrənin…