Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır!
Süleymanin Məsəlləri̇ 3:13
Gündəlik İşıq
Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır!
Süleymanin Məsəlləri̇ 3:13
Çünki məni tapan həyat tapar, Rəbbi razı salar.
Süleymanin Məsəlləri̇ 8:35
Rəbb belə deyir: «Müdrik müdrikliyi ilə öyünməsin, İgid öz gücü ilə öyünməsin, Varlı öz sərvəti ilə öyünməsin. Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada Məhəbbət, ədalət və salehlik yaratdığını Dərk edir və Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram» Rəbb belə bəyan edir.
Yeremya 9:23–24
Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır.
Süleymanin Məsəlləri̇ 9:10
Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam. Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb
Fi̇li̇pi̇li̇lərə 3:7–8
Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir.
Kolosseli̇lərə 2:3
Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.
Süleymanin Məsəlləri̇ 8:14
Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.
1 Kori̇nfli̇lərə 1:30
Salehin barı həyat ağacıdır, Hikmətli insan canları qurtarar.
Süleymanin Məsəlləri̇ 11:30
Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
2 Kori̇nfli̇lərə 6:10
Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı.
2 Kori̇nfli̇lərə 8:9
Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
Yəhya 1:16
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun.
2 Kori̇nfli̇lərə 9:8
Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
Yaqub 2:5
Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz. Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclüləri utandırmaq üçün dünyanın zəif saydıqları,
1 Kori̇nfli̇lərə 1:26–27
Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq.
2 Kori̇nfli̇lərə 4:7
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax19 sen 2026
18 sen 2026
17 sen 2026
16 sen 2026
15 sen 2026
14 sen 2026
13 sen 2026

Himayəçilik
Xristian sədəqəsinin ruhani səbəblərini və faydalarını araşdırın, onun Allahı necə şərəfləndirdiyini, sevgini…

Ruhun Bəhrəsi
Yaradılışda Allah ağaclardan gələn meyvələrin “qida üçün” olduğunu xüsusi olaraq qeyd etmişdir. Onun…

Allah qorxusu
Çarmıxdakı oğrunun iman gətirməsini araşdırın, Allah qorxusunun onun qəlbini necə dəyişdirdiyinə və son…

Yoxsulluq
Britaniyanın yöndəmsiz və səmərəsiz hökumət qanunvericiliyi tənbəllərə, dilənçilərə və cinayətkarlara vergi…

Ruhani İnkişaf
Lutun ruhani uğursuzluğuna səbəb olan beş addımı, yanlış baxışdan son məhvə qədər araşdırın və oxşar yoldan…

Musa Qanunu
Qanunun məqsədini, məhdudiyyətlərini və xristianların niyə artıq onun məhkumiyyəti altında olmadığını başa…