Ədaləti zəfərə çatdırana qədər Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək.
Matta 12:20
Gündəlik İşıq
Ədaləti zəfərə çatdırana qədər Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək.
Matta 12:20
Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!
Zəbur 51:17
O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
Zəbur 147:3
Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim. Həmişə çəkişib qəzəblənməyəcəyəm, Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz.
Yeşaya 57:15–16
“İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”.
Yezekel 34:16
Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin. Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın.
İbrani̇lərə 12:12–13
Ürəklərində qorxanlara deyin: «Möhkəm olun, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!»
Yeşaya 35:4
Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
Zəbur 34:8
Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: «Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan».
Yəhya 2:9–10
Çünki damaq yeməyin dadını bildiyi kimi Qulaq da sözləri müəyyən edir.
Əyyub 34:3
«İman etdim, buna görə danışdım» deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq.
2 Kori̇nfli̇lərə 4:13
Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 Ti̇moteyə 1:12
Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir.
Nəğmələr Nəğməsi̇ 2:3
Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?
Romalilara 2:4
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız. Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır.
1 Peter 2:2–3
Sənə pənah gətirənlərsə qoy sevinsin, Qoy Səni daima mədh etsinlər, Çünki onları Sən qoruyursan. Səni sevənlər sevincdən cuşa gəlsin!
Zəbur 5:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax16 sen 2026
15 sen 2026
14 sen 2026
13 sen 2026
12 sen 2026
11 sen 2026
10 sen 2026

Təvazökarlıq
Allahın sınmış, sınanmış və təvazökar ürəklərə verdiyi yeddi güclü vədi kəşf edin. Zəbur və Yeşaya üzərində…

Yeni İmanlılar
Yeni iman edənlər, Xristian həyatınız üçün əsas bələdçilik tapın. Əbədi həyat, imanı bölüşmək, dua, Müqəddəs…
Şeytan
Vəhy kitabının yazıçısı həvari Yəhyaya deyildi: “Gördüklərini, olanları və bundan sonra olacaqları yaz.”…
Lütf
Əhdi-Ətiqdə Allah bir millət, İsraili seçdi və onlarla xüsusi bir əlaqəsi vardı. Lakin, Yeni Əhdi-Cədidin…

Ruhani İnkişaf
Yaqubun Allahla güləşməsi hekayəsi vasitəsilə xeyir-dua almadan əvvəl sınmağın Müqəddəs Kitab prinsipini…

Qurtuluş
Təklif Rəbb İsanın Qolqota xaçında (Yəh. 19:30) tamamlanmış işinə görə mövcuddur; orada O, Ona etibar…