Əməllərini gördüm, Amma bu xalqa şəfa verəcəyəm. Ona rəhbərlik edəcəyəm, Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.
Yeşaya 57:18
Gündəlik İşıq
Əməllərini gördüm, Amma bu xalqa şəfa verəcəyəm. Ona rəhbərlik edəcəyəm, Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.
Yeşaya 57:18
«Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm».
Çixiş 15:26
Ya Rəbb, məni yoxlayaraq tanıdın, Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan. Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən.
Zəbur 139:1–3
Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan.
Zəbur 90:8
Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.
İbrani̇lərə 4:13
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Yeşaya 1:18
O zaman Allah ona rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, Onun üçün kəffarə tapmışam”.
Əyyub 33:24
Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq.
Yeşaya 53:5
Xudavənd Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün,
Yeşaya 61:1
İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal».
Mark 5:34
Rəbb mənimlədir, mənə yardım edər, Mənə nifrət edənlərin aqibətini görəcəyəm.
Zəbur 118:7
Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin! Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun!
Zəbur 20:1–2
Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın!
Zəbur 20:5
Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük. Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq.
Zəbur 20:7–8
Beləcə qərbdən şərqədək adamlar Rəbbin adından və əzəmətindən qorxacaq. Çünki düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu qovacaq.
Yeşaya 59:19
Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.
1 Kori̇nfli̇lərə 10:13
Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
Romalilara 8:31
Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər?
Zəbur 118:6
Ey padşah, əgər belə olsa, qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq.
Dani̇el 3:17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax11 sen 2026
10 sen 2026
9 sen 2026
8 sen 2026
7 sen 2026
6 sen 2026
5 sen 2026

Namaz
Xarakterli və duaçı bir adam olan Yabezin Allah üçün necə fərq yaratdığını kəşf edin. Dünyanıza təsir etmək…

Palma Bazar günü
Palm Bazar gününün mənasını və İsrailin İsanı rədd etməsini başa düşün. Bu məqalə Purim hekayəsini və müasir…

Qurtuluş
Kiçik bir qız ölən anasına xilas tapmaqda kömək etmək üçün bir vaiz axtarır. Həm qadın, həm də vaiz İsanın…

Peyğəmbərlik
Zəkəriyyə 12-14-ü araşdırırıq: İsrailin gələcək tövbəsi, dəlilən Məsihin tanınması və Onun minillik…

Xristologiya
Ata bunu artıq təsdiq etmişdir, çünki Koloslulara 1-də oxuyuruq: “Ata bizi qaranlığın hakimiyyətindən…

İsa Məsih
Milad kartları isti, qonaqpərvər bir parıltı ilə tövlədə yemlikdə yatan bir körpəni təsvir edir. Reallıq çox…