Beləcə Anatotdakı tarlanı əmim oğlu Xanameldən satın aldım. Tarlanın əvəzində ona on yeddi şekel gümüş çəkib verdim.
Yeremya 32:9
Gündəlik İşıq
Beləcə Anatotdakı tarlanı əmim oğlu Xanameldən satın aldım. Tarlanın əvəzində ona on yeddi şekel gümüş çəkib verdim.
Yeremya 32:9
Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm.
Yezekel 36:26
Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir, İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir. Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
Zəbur 25:8–10
hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın.
Yəhya 17:21
Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün. Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
Efesli̇lərə 4:1–6
Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar, Qanad açıb qartal kimi yüksəklərə uçar, Qaçanda taqətdən düşməzlər, Yol gedib yorulmazlar.
Yeşaya 40:31
Ona görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm, çünki mən zəifləyəndə qüvvətlənirəm.
2 Kori̇nfli̇lərə 12:10
Rəbb məni qulu etmək üçün Ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, Qüdrətim Allahım oldu. Rəbb indi belə deyir.
Yeşaya 49:5
Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm.
2 Kori̇nfli̇lərə 12:9
Yaxud qoy Mənə pənah gətirsinlər, Mənimlə barışsınlar, Bəli, qoy Mənimlə barışsınlar».
Yeşaya 27:5
Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz.
Zəbur 55:22
Amma Yaqubun qüdrətli Allahı – İsrailin Daşı və Çobanı olan Allahın sayəsində Onun kamanı möhkəm, Qolları qüvvətli oldu.
Yaradiliş 49:24
O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram».
Yaradiliş 32:26
Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş. Mənimlə döyüşənlərlə Sən döyüş. Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat.
Zəbur 35:1–2
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax9 sen 2026
8 sen 2026
7 sen 2026
6 sen 2026
5 sen 2026
4 sen 2026
3 sen 2026

Yaradılış
Allah göyləri və yeri yaratdı, və Allah dedi: ‘Suların ortasında bir fəza olsun’ (v. 1:20) Allah dedi…

Peyğəmbərlik
Müqəddəs Kitab gələcək vahid dünya kilsəsi haqqında nə deyir? Müqəddəs Yazıların Kilsə, apostasiya və son…

İman
Uoker Persi Yaqubun güləşindən ilhamlanaraq, elmi humanizmi Allahla münasibət üçün rədd etdi. Niyə Allahın…

Ruh düşkünlüyü
Ruhani ruhdan düşmənin öhdəsindən gəlmək və Allahın gücü və varlığı vasitəsilə gücünüzü yeniləmək üçün altı…

Ruhani İnkişaf
Lutun ruhani uğursuzluğuna səbəb olan beş addımı, yanlış baxışdan son məhvə qədər araşdırın və oxşar yoldan…

Ümid
Çətin zamanlarda ailəniz üçün ümid tapın. Bu məqalə Allahın dəyişməz təbiətinin, Kəlamının və duanın həqiqi…