O yeddi gün ərzində yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin.
Çixiş 13:7
Gündəlik İşıq
O yeddi gün ərzində yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin.
Çixiş 13:7
Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm.
Süleymanin Məsəlləri̇ 8:13
Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
Romalilara 12:9
Hər cür şərdən uzaq durun.
1 Saloni̇kli̇lərə 5:22
Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.
İbrani̇lərə 12:15
Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi.
Zəbur 66:18
Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin.
1 Kori̇nfli̇lərə 11:28
Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
2 Ti̇moteyə 2:19
Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun.
İbrani̇lərə 7:26
Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur.
1 Yəhya 3:5
İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».
Yaradiliş 3:4–5
Amma qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldatması kimi düşüncələrinizin pozulub Məsihə olan səmimi və pak həsr olunmasından azasınız.
2 Kori̇nfli̇lərə 11:3
Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin. İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün.
Efesli̇lərə 6:10–11
Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.
Efesli̇lərə 6:13
Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
Efesli̇lərə 6:17
Şeytan bizdən mənfəət qazanmasın. Çünki onun niyyətlərindən xəbərsiz deyilik.
2 Kori̇nfli̇lərə 2:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax2 sen 2026
1 sen 2026
31 avq 2026
30 avq 2026
29 avq 2026
28 avq 2026
27 avq 2026
İsa Məsih
Üçlüyün hər üç üzvünün İsa Məsihi, Allahın bəşəriyyət üçün mükəmməl hədiyyəsini göndərməkdə necə iştirak…

Bağışlanma
Roma Katolik Kilsəsinin cinsi istismar skandalı bağışlamaqla görməzdən gəlmək arasındakı fərqi vurğulayır.

Müqəddəslik
Allahın Qəzəbi Müqəddəs Bir Fəaliyyət Budur Lütf və Həqiqət Jurnalı Allahın Qəzəbi Müqəddəs Bir Fəaliyyət…

Cinsi paklıq
Cinsiyyət haqqında Allahın baxışını, nikah daxilindəki gözəlliyini və əxlaqsızlığın təhlükələrini anlamaq…

İsa Məsih
Dörd güclü Yeni Əhd fəsli Məsihin Tanrının Oğlu olaraq tam, yaradıcı ilahiyyətinə şahidlik edir. Bu fəsillər…

Ailə
Allah sizi ailənizə xüsusi ehtiyacları qarşılamaq üçün unikal hədiyyələrlə strateji şəkildə yerləşdirdi…