Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!
Zəbur 27:14
Gündəlik İşıq
Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!
Zəbur 27:14
Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir. O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar.
Yeşaya 40:28–29
Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam.
Yeşaya 41:10
Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,
Yeşaya 25:4
Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.
Yaqub 1:3–4
Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var.
İbrani̇lərə 10:35–36
O məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir.
Zəbur 23:2
Pislər isə sanki dalğalanan dənizdir, Bu dəniz sakit dura bilməz, Onun suları palçıq və kir çıxarar. «Pislərə isə sülh yoxdur» deyir mənim Allahım.
Yeşaya 57:20–21
Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.
Matta 11:28
Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.
Zəbur 37:7
Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.
İbrani̇lərə 4:10
Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər.
İbrani̇lərə 13:9
Belə ki artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq. Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək.
Efesli̇lərə 4:14–15
Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir. O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır.
Nəğmələr Nəğməsi̇ 2:3–4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax1 sen 2026
31 avq 2026
30 avq 2026
29 avq 2026
28 avq 2026
27 avq 2026
26 avq 2026
Əzab
Mövcud əzabın sizi əbədi şöhrət ağırlığına necə hazırladığını öyrənin. Gündəlik yenilənmə tapmaq və ruhdan…

Sülh
Cənubi Karolina ştatının Enoree şəhərindəki bir kilsədə xor məşqi keçirilirdi, bu zaman bir körpə ağlamağa…

Vəsvəsə
İsa Məsihin, «Sınaqdan Keçirilmiş Daşın» sınaqları vasitəsilə necə aşkar edildiyini kəşf edin. O, sınaqları…

Ruh düşkünlüyü
İlyasın hekayəsi vasitəsilə Allahın ruhdan düşmüş ürəklərə necə xidmət etdiyini kəşf edin. Allahın…

Ruhani İnkişaf
Allahın həyat fırtınalarından imanımızı yetkinləşdirmək və Öz varlığı və sülhü ilə bizi daha yüksək ruhani…

Şagirdlik
Məsihin Matta 11:28-30-dan xidmət üçün üç addımlı planını kəşf edin. Necə rahatlıq tapmaq, Onun boyunduruğunu…