Sözdən hikmət alan xeyir tapar, Rəbbə güvənən insan nə bəxtiyardır!
Süleymanin Məsəlləri̇ 16:20
Gündəlik İşıq
Sözdən hikmət alan xeyir tapar, Rəbbə güvənən insan nə bəxtiyardır!
Süleymanin Məsəlləri̇ 16:20
Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi. Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir.
Romalilara 4:20–21
Beləcə o vaxt İsrail övladları sakitləşdilər, Yəhudalılar isə atalarının Allahı Rəbbə güvəndikləri üçün üstün gəldilər.
İki̇nci̇ Salnamələr 13:18
Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir. Buna görə biz qorxmuruq: Yer üzü alt-üst olsa belə, Dağlar uçub dənizin köksünə aşsa belə,
Zəbur 46:1–2
Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır. Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır.
Zəbur 118:8–9
Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir. Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
Zəbur 37:23–24
Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər! Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz.
Zəbur 34:8–9
Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!
Zəbur 4:8
Nə gecənin kabusundan, Nə də gündüz atılan oxdan,
Zəbur 91:5
Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti qalxanın, sipərin olar.
Zəbur 91:4
Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz!
Matta 23:37
O, ayaqlarını büdrəməyə qoymaz, Səni qoruyan yatmaz. Bax İsraili qoruyan yuxulamaz, Yatıb qalmaz. Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir.
Zəbur 121:3–5
Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. Sela
Zəbur 61:4
Sənin qarşında zülmət batar, Önündə gecə də gündüz kimi nur saçar. Nurun, zülmətin Sənin üçün nə fərqi var?
Zəbur 139:12
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Sizsə Məsihinsiniz, Məsih də Allahındır.
1 Kori̇nfli̇lərə 3:23
Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq.
Yeşaya 2:12
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax28 avq 2026
27 avq 2026
26 avq 2026
25 avq 2026
24 avq 2026
23 avq 2026
22 avq 2026
Müqəddəs Ruh
Müqəddəs Ruhun yeni doğuşda, müqəddəsləşmədə və Allahın Kəlamını anlamada həyati rolunu kəşf edin.
Şeytan
Vəhy kitabının yazıçısı həvari Yəhyaya deyildi: “Gördüklərini, olanları və bundan sonra olacaqları yaz.”…
İman
Biz tez-tez Allahı gözləsək də, O da bizim imanla hərəkət etməyimizi gözləyir. İtaətdə irəliləməyin ilahi…

Musa Qanunu
Qanunun məqsədini, məhdudiyyətlərini və xristianların niyə artıq onun məhkumiyyəti altında olmadığını başa…

Yaradılış
Allah göyləri və yeri yaratdı, və Allah dedi: ‘Suların ortasında bir fəza olsun’ (v. 1:20) Allah dedi…

Cinsi paklıq
Cinsiyyət haqqında Allahın baxışını, nikah daxilindəki gözəlliyini və əxlaqsızlığın təhlükələrini anlamaq…