O, mələkə Esterin həyətdə dayandığını görəndə gözündə Esterə qarşı lütf yarandı. Padşah qızıl əsasını ona tərəf uzatdı. Ester də yaxınlaşıb əsanın ucuna toxundu.
Ester 5:2
Gündəlik İşıq
O, mələkə Esterin həyətdə dayandığını görəndə gözündə Esterə qarşı lütf yarandı. Padşah qızıl əsasını ona tərəf uzatdı. Ester də yaxınlaşıb əsanın ucuna toxundu.
Ester 5:2
Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.
Çixiş 22:27
Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar. Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik. Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil. Biz sevirik, çünki öncə O bizi sevdi.
1 Yəhya 4:16–19
Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:22
Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.
Efesli̇lərə 2:18
Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik.
Efesli̇lərə 3:12
Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
İbrani̇lərə 4:16
İsraillilər bunu gördükdə bir-birinə «Bu nədir?» dedilər, çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi: «Bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir.
Çixiş 16:15
Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir».
Yəhya 6:33
Ata-babalarınız çöldə manna yedilər və öldülər.
Yəhya 6:49
Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir».
Yəhya 6:51
Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir.
Yəhya 6:55
İsrail övladları belə də etdilər. Kimi çox, kimi də az yığdı. Onlar omer ilə ölçdükləri zaman çox yığanın artığı, az yığanın əskiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı.
Çixiş 16:17–18
İsrail övladlarından hər kəs özünə lazımi miqdarda hər səhər ondan yığırdı. Günəş qızanda isə o əriyirdi.
Çixiş 16:21
Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.
Matta 6:31–33
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax29 avq 2026
28 avq 2026
27 avq 2026
26 avq 2026
25 avq 2026
24 avq 2026
23 avq 2026
Lütf
Əhdi-Ətiqdə Allah bir millət, İsraili seçdi və onlarla xüsusi bir əlaqəsi vardı. Lakin, Yeni Əhdi-Cədidin…

Sevinc
Allahın Kəlamı ilə davamlı məşğul olaraq ruhani yolunuzda itirilmiş sevinci necə bərpa edəcəyinizi kəşf edin.

Rəbbin Süfrəsi
Ünsiyyətin xristian anlayışını və çörək ilə şərabın həqiqətən İsanın bədəninə və qanına…

İbadət
Məzmur 19-da Allahdan iki güclü mesajı kəşf edin, yaradılış vasitəsilə Onun böyük qüdrətini və Kəlamı…

Məsihçi həyatı
Miladın əsl mənasını nəğmələr vasitəsilə kəşf edin, İsa Məsih vasitəsilə Allahla barışıqdan gələn sülhə və…

Şagirdlik
Məsihçi olmağın həqiqi mənasını kəşf edin, Məsihin qulu olmaq kimi Müqəddəs Kitab konsepsiyasını qəbul edin.