Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım.
Çixiş 3:7
Gündəlik İşıq
Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım.
Çixiş 3:7
Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik.
Yeşaya 53:3
Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.
İbrani̇lərə 4:15
Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü».
Matta 8:17
Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi.
Yəhya 4:6
İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü.
Yəhya 11:33
İsa ağladı.
Yəhya 11:35
Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.
İbrani̇lərə 2:18
«Rəbb müqəddəs yüksəklikdən, Göylərdən yer üzünə nəzər saldı; Əsirlərin naləsini eşitmək üçün, Ölümə aparılanları azad etmək üçün».
Zəbur 102:19–20
Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram.
Əyyub 23:10
Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar.
Zəbur 142:3
Çünki Ordular Rəbbi deyir ki, İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi. Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.
Zəkəri̇yyə 2:8
Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı.
Yeşaya 63:9
Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
Yəhya 9:4
Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar.
Süleymanin Məsəlləri̇ 13:4
Comərd bolluğa yetişər, Su verənə su verilər.
Süleymanin Məsəlləri̇ 11:25
İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır.
Yəhya 4:34–35
Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi.
Matta 20:1–2
Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.
2 Ti̇moteyə 4:2
Getməmişdən əvvəl qullarından on nəfəri çağırdı və onlara on mina pul verib dedi: “Mən gələnədək bunlarla ticarət et”.
Luka 19:13
Amma indi hər nəyəmsə, Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi.
1 Kori̇nfli̇lərə 15:10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax23 avq 2026
22 avq 2026
21 avq 2026
20 avq 2026
19 avq 2026
18 avq 2026
17 avq 2026

Vəsvəsə
İsa Məsihin, «Sınaqdan Keçirilmiş Daşın» sınaqları vasitəsilə necə aşkar edildiyini kəşf edin. O, sınaqları…

İlahi Qayğı
Allahın həyatın məyusluqlarını, çətinliklərini və əzablarını səni Özünə daha yaxın çəkmək üçün necə istifadə…

Yeni Yaradılış
Allahın Müqəddəs Yazılarda, Nuhdan İsanın dəyişikliklərinə qədər necə yeni başlanğıclar təklif etdiyini kəşf…

Ürək
Davudun ürəyinin onu Allahın ürəyinə uyğun bir adam edən keyfiyyətlərini araşdırın. Onun bütövlüyünü…

Ölüm
Nekroloji xidmətlərin iman edənlər üçün Müqəddəs Kitab prinsiplərinə uyğun olub olmadığını kəşf edin. Anım…

Xristologiya
Məsihin Əhdi-Ətiqdə tiplər, peyğəmbərliklər və simvollar vasitəsilə necə aşkar edildiyini araşdırın. Tanış…