Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?
Saylar 23:19
Gündəlik İşıq
Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?
Saylar 23:19
hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.
Yaqub 1:17
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti qalxanın, sipərin olar.
Zəbur 91:4
Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
İbrani̇lərə 6:17–18
Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər.
Qanunun Təkrari 7:9
Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
Zəbur 25:10
Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan! Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan, Odur əbədi sadiq qalan.
Zəbur 146:5–6
Dar gündə taqətdən düşsən, Necə də zəif adamsan!
Süleymanin Məsəlləri̇ 24:10
O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar.
Yeşaya 40:29
Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm.
2 Kori̇nfli̇lərə 12:9
Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.
Zəbur 91:15
Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər.
Qanunun Təkrari 33:27
Rüsvayçılıq qəlbimi qırdı, Gör necə biçarəyəm. Çox axtardım, halıma yanan tapılmadı, Hey axtardım, təsəlli verən olmadı.
Zəbur 69:20
İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar vermək, Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir. Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur.
İbrani̇lərə 5:1–2
Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona «Sən Mənim oğlumsan, Mən bu gün Sənə Ata oldum» deyən Allah Onu izzətləndirdi.
İbrani̇lərə 5:5
O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu
İbrani̇lərə 5:8–9
Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik.
Yeşaya 53:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax19 avq 2026
18 avq 2026
17 avq 2026
16 avq 2026
15 avq 2026
14 avq 2026
13 avq 2026

Namaz
Gizli dua, İsa və ilk xristianların nümunəsində göstərildiyi kimi, ruhani güc və qüdrətin mənbəyidir.
İbadət
İsa və möminlərin nümunəsində Allahı ucaltmağın nə demək olduğunu kəşf edin. Həyatınızın qarşılaşdığınız…

Xristologiya
Məsihin Əhdi-Ətiqdə tiplər, peyğəmbərliklər və simvollar vasitəsilə necə aşkar edildiyini araşdırın. Tanış…

Allahın rəhbərliyi
İsa Məsih bizim səhvsiz bələdçimizdir, bizi həyatın təhlükələrindən təhlükəsiz şəkildə müqəddəsliyə…
Nazirlik
Levililərin nümunəsində Allahın qanununu öyrətmək və ibadət etmək arasındakı həyati əlaqəni kəşf edin.
Qorunma
Allahın Öz övladlarını həyatın sınaqları vasitəsilə necə qoruduğunu kəşf edin, hətta şəraitin anlaşılması…